Zaqatala Qezasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zaqatala dairəsi — Azərbaycanın şimal-qərbində, tarixi Car-Balakən camaatlığı və İlisu sultanlığı torpaqlarında rus inzibati idarəçiliyi tərəfindən təşkil olunmuş Zaqatala dairəsi 1917–1918-ci illərdə Rusiya məkanında cərəyan edən və Cənubi Qafqazı da öz təsir dairəsində saxlayan arxitektonik səciyyəli sosial və siyasi proseslər gedişində mübahisə predmeti kimi aktuallıq kəsb edirdi.[2]
Zaqatala dairəsi | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Mərkəzi | Zaqatala |
Yaradılıb | 1859-cu il[1] |
Ləğv edilib | 1922 |
Sahəsi |
|
Əhalisi |
|
Xəritə | |
Tarixi
redaktəZaqatala Milli Komitəsi 28 iyun 1918-ci ildə Zaqatala dairəsi əhalisinin Zaqatala dairəsinin Azərbaycan Xalq Cümhuriyyətinə birləşməyi haqaında olan arzusunu teleqramla Azərbaycan hökumətinə bildirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 30 iyun 1918-ci ildə qəbul etmiş və Zaqatala dairəsi Azərbaycan Xalq Cümhuriyyətinə birləşmişdir.[3]
1919-cu ilin iyununda mahal Azərbaycan Xalq Cümhuriyyətinin inzibati tabeliyində idi. Lakin Gürcüstan bu mahal haqqında iddia irəli sürürdü. Rusiya ilə Gürcüstan arasında sülh müqaviləsi bağlanarkən əhalinin tərkibi nəzərə alınmadan mahal Gürcüstana verilmişdi.
1921-ci ilin iyununda Tiflisdə Zaqafqaziya respublikalarının daxili sərhədlərini müəyyənləşdirmək üçün konfrans keçirildi. Konfrans qərara aldı ki, Gürcüstan Zaqatala dairəsi barədə hər cür iddialardan əl çəkir. Gürcüstan İnqilab Komitəsi isə bu barədə müvafiq Bəyannamə qəbul etdi. Bununla da Rusiyanın Zaqatala dairəsi barəsində yaratdığı dolaşıqlıq açıldı, qəbul edilmiş ədalətsiz qərar isə ləğv edildi.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsi Zaqatala və Şəki dairələri olmaqla iki yerə bölünmüş, lakin həmin dairələr 8 avqust 1930-cu ildə ləğv edilmişdir.[4]
Əhalisi
redaktəBurada əsas etibarilə müsəlmanlar, yəni türklər, ləzgilər, avarlar, saxurlar, və laklar yaşayırdılar. Mahal ərazisinin 85 min nəfəri, yaxud onun bütün sakinlərinin 92 faizi mesəlmanlar idi.[5]
1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsi inzibati cəhətdən Qarasu, İlisu, Əliabad, Car və Balakən naibliklərindən ibarət idi. Qeyd edilən icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinə dair məlumatlar verilmiş, milli tərkibə dair məlumatlarda etnik türklər "muğallar", Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla "ləzgilər" olaraq göstərilmişdirlər:[6]
- Qarasu naibliyi:
- Almalı kəndi—əhalisi 204 ailə, etnik tərkibi muğallar
- Əlibəyli kəndi—əhalisi 83 ailə, etnik tərkibi muğallar və ingiloylar
- Babalı kəndi—əhalisi 12 ailə, etnik tərkibi muğallar
- Baydarlı kəndi—əhalisi 30 ailə, etnik tərkibi muğallar
- Cəlayir kəndi—əhalisi 25 ailə, etnik tərkibi muğallar və bəylər
- Dəymədağlı kəndi—əhalisi 34 ailə, etnik tərkibi muğallar
- Dayıkənd kəndi—əhalisi 4 ailə, etnik tərkibi muğallar
- İbaxlı kəndi—əhalisi 17 ailə, etnik tərkibi muğallar və bəylər
- Qaysarlı kəndi—əhalisi 16 ailə, etnik tərkibi muğallar
- Qıpçaq kəndi—əhalisi 48 ailə, etnik tərkibi muğallar və bəylər
- Qaratala kəndi—əhalisi 4 ailə, etnik tərkibi muğallar
- Qazmalar kəndi—əhalisi 27 ailə, etnik tərkibi muğallar və bəylər
- Kötüklü kəndi—əhalisi 28 ailə, etnik tərkibi muğallar və bəylər
- Oncallı kəndi—əhalisi 29 ailə, etnik tərkibi muğallar
- Tanqıt kəndi—əhalisi 16 ailə, etnik tərkibi muğallar
- Uzuntala kəndi—əhalisi 6 ailə, etnik tərkibi muğallar və bəylər
- Şotavar kəndi—əhalisi 35 ailə, etnik tərkibi muğallar
- Şıxlar kəndi—əhalisi 25 ailə, etnik tərkibi muğallar və bəylər
- İlisu naibliyi:
- Ağçay kəndi—əhalisi 27 ailə, etnik tərkibi avarlar və bəylər
- Əmbərçay kəndi—əhalisi 50 ailə, etnik tərkibi avarlar və bəylər
- Aşağı Malax kəndi—əhalisi 41 ailə, etnik tərkibi avarlar
- Əmircan kəndi—əhalisi 78 ailə, etnik tərkibi avarlar , muğallar və bəylər
- Amanlı kəndi—əhalisi 12 ailə, etnik tərkibi avarlar
- İlisu kəndi—əhalisi 288 ailə, etnik tərkibi saxurlar və bəylər
- Zərnə kəndi—əhalisi 94 ailə, etnik tərkibi ləzgilər və muğallar
- Qaşqaçay kəndi—əhalisi 98 ailə, etnik tərkibi avarlar
- Qarqay kəndi—əhalisi 30 ailə, etnik tərkibi saxurlar
- Qax kəndi—əhalisi 160 ailə, etnik tərkibi muğallar və ingiloylar
- Qaxmuğal kəndi—əhalisi 95 ailə, etnik tərkibi muğallar
- Ləkit kəndi—əhalisi 106 ailə, etnik tərkibi muğallar və ləzgilər
- Qum kəndi—əhalisi 128 ailə, etnik tərkibi ləzgilər və muğallar
- Ləkit Malax kəndi—əhalisi 15 ailə, etnik tərkibi ləzgilər
- Meşəbaş kəndi—əhalisi 16 ailə, etnik tərkibi ingiloylar
- Sarıbaş kəndi—əhalisi 101 ailə, etnik tərkibi ləzgilər və saxurlar
- Süskənd kəndi—əhalisi 20 ailə, etnik tərkibi muğallar və saxurlar
- Fıstıqlı kəndi—əhalisi 42 ailə, etnik tərkibi muğallar
- Suvagil kəndi—əhalisi 114 ailə, etnik tərkibi saxurlar
- Qas kəndi—əhalisi 22 ailə, etnik tərkibi saxurlar
- Qalal kəndi—əhalisi 37 ailə, etnik tərkibi saxurlar
- Kötüklü kəndi—əhalisi 18 ailə, etnik tərkibi avarlar
- Əliabad naibliyi:
- Zəyəm kəndi—əhalisi 86 ailə, etnik tərkibi muğallar
- Qarabaldır kəndi—əhalisi 59 ailə, etnik tərkibi muğallar
- Lələpaşa kəndi—əhalisi 31 ailə, etnik tərkibi muğallar
- Marsan kəndi—əhalisi 47 ailə, etnik tərkibi muğallar
- Tasmalı kəndi—əhalisi 85 ailə, etnik tərkibi muğallar və ingiloylar
- Əliabad kəndi—əhalisi 617 ailə, etnik tərkibi muğallar
- Əzgilli kəndi—əhalisi 17 ailə, etnik tərkibi ləzgilər
- Böyük Lahıc kəndi—əhalisi 16 ailə, etnik tərkibi muğallar
- Kiçik Lahıc kəndi—əhalisi 119 ailə, etnik tərkibi muğallar
- Bazar kəndi—əhalisi 61 ailə, etnik tərkibi muğallar
- Boyəhmədli kəndi—əhalisi 7 ailə, etnik tərkibi muğallar
- Verxiyan kəndi—əhalisi 185 ailə, etnik tərkibi muğallar
- Güllük kəndi—əhalisi 278 ailə, etnik tərkibi avarlar , muğallar və bəylər
- Katbarax kəndi—əhalisi 86 ailə, etnik tərkibi avarlar və muğallar
- Kiçik Suvagil kəndi—əhalisi 4 ailə, etnik tərkibi avarlar
- Katalparax kəndi—əhalisi 10 ailə, etnik tərkibi muğallar
- Qındırğa kəndi—əhalisi 14 ailə, etnik tərkibi muğallar
- Kürdəmir kəndi—əhalisi 30 ailə, etnik tərkibi muğallar
- Kəpənəkçi kəndi—əhalisi 37 ailə, etnik tərkibi muğallar
- Qandax kəndi—əhalisi 97 ailə, etnik tərkibi muğallar
- Qımır kəndi—əhalisi 153 ailə, etnik tərkibi muğallar
- Lələli kəndi—əhalisi 105 ailə, etnik tərkibi muğallar
- Muxax kəndi—əhalisi 567 ailə, etnik tərkibi saxurlar və muğallar.
- Mamrux kəndi—əhalisi 84 ailə, etnik tərkibi avarlar və muğallar.
- Muğanlı kəndi—əhalisi 150 ailə, etnik tərkibi muğallar.
- Mosul kəndi—əhalisi 193 ailə, etnik tərkibi muğallar.
- Padar kəndi—əhalisi 22 ailə, etnik tərkibi saxurlar.
- Sabunçu kəndi—əhalisi 89 ailə, etnik tərkibi ləzgilər və saxurlar.
- Faldarlı kəndi—əhalisi 113 ailə, etnik tərkibi muğallar.
- Çüdüllü kəndi—əhalisi 57 ailə, etnik tərkibi muğallar.
- Çardaqlı[7] kəndi—əhalisi 323 ailə, etnik tərkibi ləzgilər və muğallar.
- Çobankol kəndi—əhalisi 123 ailə, etnik tərkibi muğallar.
- Balakən naibliyi:
- Balakən kəndi—əhalisi 801 ailə, etnik tərkibi muğallar, avarlar , pravoslavlar və gürcülər.
- Qabaqçöl kəndi—əhalisi 242 ailə, etnik tərkibi avarlar və muğallar.
- Qarahacılı kəndi—əhalisi 67 ailə, etnik tərkibi avarlar və muğallar.
- Katex kəndi—əhalisi 354 ailə, etnik tərkibi avarlar və muğallar.
- Matsex kəndi—əhalisi 134 ailə, etnik tərkibi avarlar və muğallar.
- Şambul kəndi—əhalisi 30 ailə, etnik tərkibi avarlar və muğallar.
- Car naibliyi:
- Göyəm kəndi—əhalisi 430 ailə, etnik tərkibi avarlar , bəylər və muğallar.
- Dardoqqaz kəndi—əhalisi 36 ailə, etnik tərkibi avarlar və muğallar.
- Car kəndi—əhalisi 686 ailə, etnik tərkibi avarlar və bəylər.
- Tala[8] kəndi—əhalisi 1059 ailə, etnik tərkibi muğallar, avarlar və bəylər.
- Danaçı kəndi—əhalisi 5 ailə, etnik tərkibi avarlar və bəylər.
- Yengiyan kəndi—əhalisi 56 ailə, etnik tərkibi muğallar.
- Ələsgər kəndi—əhalisi 14 ailə, etnik tərkibi avarlar və muğallar.
İstinadlar
redaktə- ↑ Электронная энциклопедия и библиотека Руниверс: Закатальский округ Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine
- ↑ AZƏRBAYCAN-GÜRCÜSTAN MÜNASİBƏTLƏRİNDƏ ƏRAZİ MƏSƏLƏLƏRİ, "ASPOLİQRAF", Bakı-2008, səh. 32
- ↑ Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 232. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
- ↑ "İnzibati-ərazi vahidləri" (PDF). Prezident Kitabxanası. 2021-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-25.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti 1918–1920, "Gənclik nəşriyyat", Bakı-1998, səh. 19
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 167–169
- ↑ Yuxarı Çardaxlar və Aşağı Çardaxlar kəndləri
- ↑ Yuxarı Tala və Aşağı Tala kəndləri