Zanqin Ozunuqiymetlendirme Tesvis Cedveli - Wikipedia
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli (ing. Zung Anxiety Rating Scale – ZARS) Dyuk Universitetində (ABŞ) Vilyam Zanq (William W. K. Zung) tərəfindən 1971-ci ildə yaradılmışdır.[1] Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun affektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir.
Təşviş pozuntunun kliniki diaqnostikası, skrininqi və kliniki dinamikasının müşahidəsi ilə yanaşı Zanqın təşviş cədvəli həmçinin epidemioloji tədqiqatlarda və dərmanların kliniki sınaqlarında istifadə edilir.
Tətbiq etmə qaydası
redaktəCədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir. Cədvəlin tam doldurulması bir neçə dəqiqə çəkir. ZARS cədvəlinin 20 bəndinin hər birinə cavab verilməlidir. Alınan cavablar qiymətləndirilərək ümumi bal hesablanır.
ZARS cədvəli üzrə balların hesablanması
redaktəZanqın öz-özünü qiymətləndirmə təşviş cədvəlinin 1, 2, 3, 4, 6, 7, 8, 10, 11, 12, 14, 15, 16, 18 və 20-ci bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: "nadir hallarda" – 1; "arabir" – 2; "tez-tez" – 3; "əksər hallarda" – 4. Cədvəlin 5, 9, 13, 17 və 19-cu bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: "nadir hallarda" – 4; "arabir" – 3; "tez-tez" – 2; "əksər hallarda" – 1.
ZARS cədvəlində ümumi balın qiymətləndirilməsi
redaktə20–44 – Norma
45–59 – Yüngül və ya orta ağır dərəcəli təşviş pozuntusu
60–75 – Ağır dərəcəli təşviş pozuntusu
75–80 – Son dərəcədə ağır olan təşviş pozuntusu
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Zung WWK. A rating instrument for anxiety disorders. Psychosomatics. 1971; 12: 371–379