Zalam - Wikipedia
Zalam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Zalam | |
---|---|
40°50′29″ şm. e. 47°47′57″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 551 (2009) nəfər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3629[1] |
Tarixi
redaktə- Kənd 1999-cu ildə yaradılmışdır.
Coğrafiyası
redaktəZalam kəndi rayon mərkəzindən 27 kilometr cənubda Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. 550 nəfər əhalisi və 123 təsərrüfatı qeydə alınıb. 290 hektar yararlı torpaq sahəsi suvarma altında olduğundan ərazidə bol məhsul yetişir. Qobu kanal təkcə Zalamı deyil, digər 11 kəndin əhalisini də su ilə təmin edir. Ancaq kənddə 4 artezian quyusu da qazılıb.[2] Ərazidə iki ildir 512 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb.[2] İşıq fasiləsiz verilir. Sayğaclaşma başa çatdığından enerji təminatı rahatlaşıb. Kəndin 11 illik məktəbində 240 məktəbli təhsil alır[2]
Toponimikası
redaktəZalam oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. Oykonimin 1917—ci ildə Ərəş qəzasmın Xaldan icmasmda qeydə alınmış Salamaur (1933-cü ildə Salamabad kimi qeydə alınmışdır) kənd adı ilə bağlılığı güman edilir. Ehtimal etmək olar ki, Zalam Salam adının yerli tələffüz forması olub, şəxs adıdır.[3]
Əhalisi
redaktə- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 551 nəfər əhali yaşayır.[4]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Qəbələ rayonu İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |