Zakir Cabbarov - Wikipedia
Zakir Cabbar oğlu Cabbarov — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (9 dekabr 1992 - 6 aprel 1994).
Zakir Cabbarov | |
---|---|
Zakir Cabbar oğlu Cabbarov | |
9 dekabr 1992 – 6 aprel 1994 | |
Əvvəlki | Azər Məmmədov (memar) |
Sonrakı | Muradxan Cabbarov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xırmanlar, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Cabbar Cabbarov |
Uşağı | Elnur Cabbarov (şəhid) |
Həyatı
redaktəCabbarov Zakir Cabbar oğlu 22 dekabr 1937-ci ildə Laçın rayonunun Xırmanlar kəndində ziyalı ailəsində anadan olmuşdur.
7 illik kənd məktəbini, sonra isə Laçın şəhərində tam orta məktəbin 10-cu sinfi bitirib.
1964-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.
1969-cu ildə Universiteti bitirərək Azərbaycan dili və Ədəbiyyatı müəllimi ixtisası almışdır.
1969-cu ildə Laçın rayon Xırmanlar kənd orta məktəbində müəllim işləmiş, bir müddət sonra isə direktoru təyin edilmişdir.
1975-ci ildə Laçın rayon Təhsil Şöbəsinə hərbi metodist təyin edilmişdir. Eyni zamanda Laçın rayonu üzrə Təbiəti Mühafizə idarəsinin sədri vəzifəsində işləmişdir.
1990-cı illərdə Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə yaxından iştirak etmişdir.
9 dekabr 1992-ci ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş[1] və 6 aprel 1994-cü ilə qədər bu vəzifədə çalışmışdir.[2]
1994-cü ildən ömrünün sonunadək Laçın rayon Təhsil Şöbəsində hərbi metodist vəzifəsində çalışmışdır.
Zakir Cabbarov 7 yanvar 2013-cü ildə Bakı şəhərində vəfat edib.
Ailəsi
redaktəOğlu Elnur Cabbarov Qarabağ müharibəsi zamanı Laçın Polis batalyonunun tərkibində 1994-cü ildə Füzuli rayonunun Cocuqmərcanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur.
İstinadlar
redaktə- ↑ "Z.C. Cabbarovun Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və A. S. Məmmədovun həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1992-ci il tarixli, 351 saylı Fərmanı" (az.). e-qanun.az. 1992. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
- ↑ "M. M. Cabbarovun Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və Z. C. Cabbarovun həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 aprel 1994-cü il tarixli, 131 saylı Fərmanı" (az.). e-qanun.az. 1994. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
Xarici keçidlər
redaktə- http://www.e-qanun.az/files/framework/data/8/f_8100.htm[ölü keçid]
- "Laçın" qəzeti, 11.02.1994-ci il, səhifə 2.