Zahid Xelilov Kucesi Baki - Wikipedia
Zahid Xəlilov küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Əhməd Cəmil küçəsinə, Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçə. Küçə Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti olmuş Zahid Xəlilovun adını daşıyır. Keçmiş adı Patris Lumumba küçəsi olmuşdur.[1]
Zahid Xəlilov küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Rayon | Yasamal |
metro | Elmlər Akademiyası |
Əvvəlki adı | Patris Lumumba |
Haqqında
redaktəKüçə 2014-cü ildə əsaslı təmir olunmuşdur. 2013-cü ildən Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən bağlı olan küçə 2015-ci ilin may ayında açılmışdır.[2]
Yeraltı keçidlər
redaktəElmlər Akademiyası metrostansiyasının ikinci çıxışının inşası Bakı Dövlət Universitetinin yanından sərnişinlərin metroya yolunu asanlaşdıracaq. Bu keçid həmçinin Zahid Xəlilov küçəsində piyadaların bir tərəfdən o biri tərəfə keçidini də təmin edəcəkdir.[3]
Kəsişdiyi küçələr
redaktəKüçə Seyfəddin Dağlı küçəsi ilə kəsişmədən başlayaraq Əbdülvahab Salamzadə küçəsində bitir.
Mühüm ünvanlar
redaktə- № ? — Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
- № 23 — Bakı Dövlət Universiteti
- № ? — AMEA İnformasiya Texnologiyaları İnstitutu
- № ? — Meqasiti yaşayış kompleksi
- № 57d — adc CENTRE
- № 65 — Bakı şəhəri 53 nömrəli tam orta məktəb
- № 79a — Kürə-Pizza restoranı
- № ? — Shafa studio
- № ? — AZ1141 saylı poçt şöbəsi
- № ? — Lake Palece Hotel
Ədəbiyyat
redaktəİstinadlar
redaktə- ↑ "Mənim küçəm - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti". 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
- ↑ "Bəxtiyar Vahabzadə küçəsindəki təmir işləri yekunlaşır" (az.). news.lent.az. 15.05.2015. 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
- ↑ Təbriz Vəfalı. "BDU-nun qarşısındakı yolun təmirinə başlanıldı" (az.). hafta.az. 22.04.2015. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
Xarici keçidlər
redaktə Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |