Zahid Memmedov Cografiyaci - Wikipedia
Zahid Məmmədov (tam adı: Zahid Səttar bəy oğlu Məmmədov 1947, Zəngilan rayonu) — coğrafiya elmləri doktoru, professor.
Zahid Məmmədov | |
---|---|
Zahid Səttar bəy oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Baharlı, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | coğrafiya |
Elmi dərəcəsi | coğrafiya elmləri doktoru (1996) |
Elmi adı | professor (2004) |
İş yeri | Azərbaycan Kooperasiya Universiteti |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Üzvlüyü |
Həyatı
redaktəZahid Məmmədov 1947-ci ildə Zəngilan rayonunun Baharlı kəndi anadan olmuşdur.[1]
Zahid Məmmədov ibtidai sinfi Baharlı kənd orta məktəbində, on illiyi isə Mincivan qəsəbəsi dəmir yolu orta məktəbində oxumuşdur. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Coğrafiya və biologiya fakültəsində təhsil almış (1966–1970), institutu bitirdikdən sonra bir il Sabirabad rayonunda Səməd Vurğun adına orta məktəbdə müəllim işləmişdir.[1]
Zahid Məmmədov 1972–1994 illərdə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda aspirant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. O, 1994 ildən Azərbaycan Kooperasiya Universitetinin "Ekologiya və coğrafiya" kafedrasının müdiri vəzifəsində çalışır. Zahid Məmmədov 2004 ildə professor elmi adına layiq görülmüşdür.[1]
Əmək fəaliyyəti
redaktəZahid Məmmədov 1980-ci ildə "Naxçıvan MSSR-da maddi istehsalının və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır. O, 1996-cı ildə "Azərbaycan Respublikasının nəqliyyat və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri" adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.[1]
Zahid Məmmədov 200-ə yaxın elmi məqalənin, 7 monoqrafiya və dərsliyin müəllifidir. Onun "Böyük Qafqazın təbii sərvətləri" (Bakı, 1988), "Naxçıvanın təbii sərvətləri" (Bakı, 1993), "XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru" (Bakı, 2002), "Azərbaycan Xarici İqtisadi Əlaqələri" (Bakı, 2004), "Regionların iqtisadi inkişaf problemləri" (Bakı, 2007), "Təbiətdən istifadənin iqtisadiyyatı" (Bakı, 2010) və s. fundamental monoqrafiyaları, dərslikləri nəşr edilmişdir.[1]
Zahid Məmmədov respublikada, xaricdə keçirilmiş konfrans və simpoziumlarin iştirakçısı, məruzəçisi olmuşdur.
Zahid Məmmədov elmi yaradıcılıq ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olur. O, uzun illər Respublika və Bakı şəhər müəllimlərinin təkmilləşdirmə institutlarında mühazirələr oxumuşdur. Zahid Məmmədov eyni zamanda Bakı Dövlət Universitetinin "Azərbaycan coğrafiyası" kafedrasının professorudur.[1]
Zahid Məmmədovun ixtisaslı kadrların hazırlanmasında böyük əməyi vardır. O, elmlər doktoru və coğrafiya ixtisası üzrə fəlsəfə doktorları dissertasiya işlərinə rəhbərlik və opponentlik etmişdir. Zahid Məmmədov uzun illər AMEA Coğrafiya və İqtisadiyyat institutlarında Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən ixtisaslaşdırılmış doktorluq dissertasiyalarının elmi şuralarının üzvü təyin edilmişdir. O, hazırda AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda ixtisaslaşdırılmış elmi şuranın üzvüdür.
Zahid Məmmədov "Qızıl Qələm" və və "Xalqın Nüfuzlu ziyalısı" fəxri diplomları ilə təltif olunmuşdur.
İstinadlar
redaktəMənbə
redaktə- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar. (I kitab, Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar (Ensiklopedik məlumat kitabı). (II kitab, Bakı, 2013)