Zerife Eliyarova - Wikipedia
Zərifə_Əliyarova - Haqqında Məlumat
Əliyarova Zərifə Abbasqulu qızı (8.5.1935, Naxçıvan şəhəri – 28.6.1999, Bakı şəhəri) – fizik. Fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1983), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1972).[1]
Zərifə Əliyarova | |
---|---|
Zərifə Abbasqulu qızı Əliyarova | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Atası | Abbasqulu |
Fəaliyyəti | fizik |
Mükafatları | Azərbaycan dövlət mükafatı laureatı |
Həyatı
redaktə- 1935-ci il may ayının 8-də Naxçıvan şəhərində anadan olmuşdur.
- Azərbaycan Dövlət Universiteti (indiki BDU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini (1956) və Azərbaycan Milli EA Fizika İnstitutunun aspiranturasını (1959) bitirmişdir.
- Azərbaycanda fizika-riyaziyyat elmləri namizədi (1959) və doktoru adına layiq görülmüş ilk qadın fizikdir.
- 1983-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri olmuşdur.
- 1983-cü ildən Azərbaycan Dövlət Neft Akademiyası fizika kafedrasının professor idi.
- Yarımkeçiricilər fizikasına dair tədqiqatların, o cümlədən 80-dən çox elmi məqalənin, ixtiranın, bir dərsliyin müəllifidir.
- 20-dən çox müəlliflik şəhadətnaməsi almışdır.
- Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq yeni növlü yarımkeçirici yaddaş elementləri alınmışdır.
- Əsərləri bir sıra xarici ölkələr də dərc olunmuşdur.
- Bir çox beynəlxalq və keçmiş Ümumittifaq elmi məclislərin də məruzələr etmişdir.
- Naxçıvan Dövlət Universitetinin Naxçıvan Elm mərkəzinin yaradılmasında xidməti var.
- 1999-cu il iyun ayının 28-də Bakı şəhərində vəfat etmişdir.[1][2]
İstinadlar
redaktə- ↑ 1 2 Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 165. ISBN 5-8066-1468-9.
- ↑ Tərxan İsmayıloğlu, Gənc nəslə örnək ömür, “Azərbaycan” qəzeti, 6 may, 2000.