Zerife Sukurova - Wikipedia
Zərifə_Şükürova - Haqqında Məlumat
Zərifə Zülfüqar qızı Şükürova (1920, Şuşa) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1958–1971).
Zərifə Şükürova | |
---|---|
23 yanvar 1958 – 2 iyul 1971 | |
Əvvəlki | Səftər Cəfərov |
Sonrakı | Güllü Əbilova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1920 |
Doğum yeri | |
Partiya | |
|
|
Həyatı
redaktəZərifə Şükürova 1920-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1936-cı ildə başlamışdır. Bakı məktəblərində müəllimlik etmiş, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1944-cü ildə laborant, daha sonra həkim, 1948–1954-cü illərdə isə Bakının Lenin rayonu səhiyyə şöbəsinin müdiri işləmişdir.[1]
Zərifə Şükürova Azərbaycan SSR Ali Sovetinin 4–7 çağırış deputatı seçilmiş, 1958–1971-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Şükürova Zərifə Zülfüqar qızı // Azərbaycan qadını ensiklopediyası. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi. 2002. səh. 372. ISBN 5-896001-366-8.