Zerengiz Demirci Qayali - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zərəngiz Dəmirçi Qayalı (tam adı: Zərəngiz Dəmirçi qızı Mansurova; d.20 yanvar 1962; Qazax, Daş Salahlı) — Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Şairə.[1]
Zərəngiz Dəmirçi Qayalı | |
---|---|
Zərəngiz Dəmirçi qızı Mansurova | |
Doğum adı | Zərəngiz Mansurova |
Təxəllüsü | Zərəngiz Dəmirçi Qayalı |
Doğum tarixi | |
Doğum yeri | Daş Salahlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universitetinin Filologiya fakültəsi |
Fəaliyyəti | şair |
Mükafatları | “Qızıl qələm”, “Nəsir İmanquliyev”, “Vicdanlı qələm”, “Ustad jurnalist” və b. mükafatlar laureatı. |
Həyatı
redaktəZərəngiz Mansurova 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kədində anadan olub. 1979-cu ildə Daş Salahlı kənd orta məktəbi əla qiymətlərlə bitirib. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar (AYB) və Jurnalistlər Birliklərinin (AJB), Jurnalist Qadınlar Assosiasiyasının üzvü, Respublika Qadınlar Cəmiyyətinin fəxri üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar surasının sədr müavini olan Zərəngiz xanım “Qızıl qələm”, “Nəsir İmanquliyev”, “Vicdanlı qələm”, “Ustad jurnalist” “Kəsərli qələm” və digər media mükafatları laureatıdır. Yaradıcılığına görə AYB-nin Yeni Yazarlar və Sənətçilər Qurumunun “İlin qadın şairi”, “Qayalı” kitabı “Qarabağ mövzusunda ilin qadın yazarının kitabı” nominasiyasının qalibi, Beynəlxalq “Nizami Gəncəvi”, S.Vurğunun ev-muzeyinin “Səməd Vurğun”, AYB-nin R.Rza Fondunun Beynəlxalq “Rəsul Rza” və digər mükafatlarına, Mədəniyyət və Turizm Nazirliyi və AYB-nin dəstəyi ilə 2009-2010-cu illərdə Prezident təqaüdünə layiq görülüb. Nurəddin İsmayıllı ilə ailəli olan Zərəngiz Qayalının Aynur, Ülkər, Abutel, İbrahim adlı övladları, Banu adlı nəvəsi vardır.
Fəaliyyəti
redaktəİlk şeiri 1979-cu ildə Qazax rayonunun mətbu orqanı olan "Qalibiyyat bayrağı" qəzetində dərc olunmuşdur. "Gənclik", "Ulduz", "Məhsəti", "Qoşa qanad", "Sevgi", "Ozan Dünyası" jurnallarında, "Ədəbiyyat və İncəsənət", "Bakı", "Kaspi", "Kredo", "525-ci qəzet", "Azərbaycanın səsi", "Açıq söz", "Sirrlər xəzinəsi","Səs", "Palitra", "Paritet" qəzetlərində, bir çox şeir almanaxlarında şeirləri dərc olunmuş, radio, televiziya verilişlərində əsərləri səsləndirilmiş Zərəngiz xanımın 2010-cu ildə “M.Şəhriyar” Ədəbi Birliyinin dəvəti ilə Təbriz, Məşhəd, Qəzvin, Rəşt, Miyanə və digər 30 şəhərində olmuş müəllifin “Haqqı sevdim” (2001), “Vəfam mənim” (2006)”, “Güllələnmişlər” (2006), “Qayalı” (2008), “Əziz rəhbər” (2013), “Oğul” (2016) adlı şeir və poemalardan ibarət kitabları dərc olunub. 2012-ci ildə Zərəngiz xanım haqqında “Yazıçı” nəşriyyatının “Xüsusi buraxılış”ı çapdan çıxıb. Həmçinin Neftçala şəhər Mərkəzləşmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının və Qazax Rayon İcra Hakimiyyətinin “Göyəzən” qəzetinin şairə haqqında “Xüsusi buraxılış”ları dərc edilib. Şairə 2016-ci ildə Avrasiya Sanat Kültür Edebiyyat ve Bilim Federasiyonuna (ASKEF), 2017-ci il yanvarın 17-də Türkiyə İlim ve Edebiyyat Eseri Şairlerinin Meslek Birliyi (İLESAM) qurumuna, aprelin 19-da Rusiya Federasiyası, “Gülüstan” - Dərbənd Ədəbi Birliyinin üzvlüyünə qəbul edilib. Bakı Yunus Əmrə Institutunun keçirdiyi “Tanpınarı kəşf edirəm!” esse yarışmasının 5 qalibindən biri olaraq 2017-ci il, aprelin 21-dən 26-dək Türkiyənin İstanbul, Yalova, Əskişəhər, Bursa, Konya şəhərlərinə getmişdir. Təbrizdə çıxan “Mişov dağı” dərgisində, Ahıska türklərinin “Altun Miras” saytında, Türkiyənin “Ortak ses” saytında, Türk kökəmli yazarların “Avrasiya sanat dərgisi”ndə dəfələrlə şeirləri dərc olunub. 2018-ci ildə “Mişov dağı” dərgisinin Redaksiya Heyətinin üzvü seçilib. Hal-hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsində çalışır.[2]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ ŞAİRƏ ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI
- ↑ "Zərəngiz Dəmirçi Qayalı - Şeirlər". 2015-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-25.