Zixir - Wikipedia
Zıxır — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Zıxır | |
---|---|
41°10′52″ şm. e. 48°27′49″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 116 (2009) nəfər |
Toponimikası
redaktəZuxur oyk., sadə. Quba r-nunun Rük i.ə.v.-də kənd. Qudyal çayının sahilində, dağətəyi ərazidədir. Yerli adı Züxürdür. Kənd mənşəcə həmin r-ndakı Xanəgah kəndindən köçmüş bir qrup ailənin Züxür adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı isə tat dilindəki zil (dərə) və xiir (qüllə, saray) sözlərindən ibarət olub, “qüllə dərəsi** mənasındadır. Kəndin yaxınlığında Kəllahi adlı qəd. qala xarabalıqları var.[1]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 116 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir. [2]
Təhsil
redaktəAzərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[3] ilə Quba rayonu Zıxır kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 330 000 manat vəsait ayrılmışdır[4].
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az (az.)
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az (az.)
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |