Zulfuqar Sirvani - Wikipedia
Zülfüqar Şirvani (1190-1291) — Azərbaycan şairi, alimi. Zülfüqar Şirvaninin fəaliyyəti XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, şir və mütəfəkkiri poetika, məntiq, fəlsəfə sahələrində məşhur idi. Zülfüqar Şirvaninin fəlsəfi görüşləri onun 10 min beytdən ibarət "Divan"ında əksini tapıb.[1]
Zülfüqar Şirvani | |
---|---|
Hüseyn ibn Əli Seyid Zülfüqar Şirvani | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Vətəndaşlığı | Eldənizlər |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair,alim |
"Divan"dan məlum olur ki, Zülfüqar Şirvaninin dünyagörüşü gərgin panteist təlimləri təsiri altında formalaşmışdır.
Həyatı
redaktəAdı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir. Qiymətli bir alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri sədr Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. Bunun müqabilində mükafat olaraq yeddi xalvar ipək almışdır. Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın tarixini nəzmə çəkmiş və ondan iltifat götürüb, bir çox hədiyyə almışdır. Moğol dövləti zamanında da, Abaqa xanın vəziri atabək Yusif ona hədsiz iltifat göstərmişdir.
1291-ci ildə vəfat edib, Təbrizin Sürxab qəbristanında - Məqbərətül şüərada basdırılmışdır.
Yaradıcılığı
redaktəZülfüqar Şirvaninin yaradıcılığı və dünyagörüşü ziddiyyətlidir. Şair həm saray mühiti ilə bağlı olmuş, feodalları mədh etmiş, həm də istedadlı bir sənətkar kimi dövrün ictimai hadisələrindən kənarda qalmamışdır. Dini-idealist mahiyyətli dünyagörüşünə malik şairə sufizm ideyaları da ciddi təsir göstərmişdir.
Poliqlot şair kimi tanınmışdır. Özü qeyd etmişdir ki, 6 dildə lirik əsərlər yaratmışdır. Şairin yalnız qələmə aldığı farsca "Divan"ı bizə çatmışdır. İngiltərədə nəşr edilmiş bu "Divan"da məhəbbət lirikası üstünlük təşkil edirdi. Şairin yaradıcılığına daha çox dünyəvi məhəbbətin, real gözəlin tərənnümü üstünlük təşkil edirdi. Azərbaycanca qələmə aldığı ayrı-ayrı misra və beytlər də farsca "Divan"ının tərkibində bizə gəlib çatmışdır. 9000 beytdən ibarətdir.
Seyid Zülfüqar Şirvaninin qəsidə, qəzəl, qitə və rübailərdən ibarət olan böyük divanı (1345-ci il) Sankt-Peterburqda, M.E.Saltıkov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində saxlanılmaqdadır.
İstinadlar
redaktə- ↑ "Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlə r). Bakı."Elm". 2007. 592 səh" (PDF). 2020-10-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-31.
Mənbə
redaktə- A. Bakıxanovun "Gülüstan-i İrəm"