Zulfuqar Tank - Wikipedia
Zülfüqar (farscaوالفقار) — İran Silahlı Qüvvələrinin quru qoşunlarının özü-özünü təminatı və xaricdən asılılığını azaltmaq məqsədiylə quru qoşunları komandirinin köməkçisi olan Briqada generalı Mir-Younes Masoumzadeh tərəfindən yaradılmış və 1996-cı ildən etibarən xidmətə qəbul edilərək kütləvi istehsalına başlanılmış bir ikinci nəsil əsas döyüş tankıdır. Adını dördüncü İslam, həm də Raşidi xəlifəsi, Şiə təriqətinin birinci imamı xəlifə İmam Əli əleyhissəlamın əfsanəvi qılıncı olan Zülfüqardan almışdır. İlkin prototip modelləri 1993-cü ildə sınaqlardan çıxardıldı, 1997-ci ildə 6 ədəd yarımsənaye prototipləri istehsal edilmiş və eyni ildə də ordu sıralarına xidmətə qəbul edilmişdirlər. Ekipajı 3 nəfərdən ibarət tankda Rusiya istehsalı olan 125 mm-lik yivsiz 2A46 topundan istifadə edilir. Zülfüqar 1 tanklarının mühərriki 12-silindrlik dizel mühərrikidir və 780 at gücündədir (630 kW780 at gücü), Zülfüqar 3 tanklarının isə mühərriki 1000 at gücündədir. Maksimal sürəti 70 km olan tankın hərəkət mənzili 450 km-dir. Köməkçi silahları 12.7 mm-lik və 7.62 mm-lik pulemyotlardır.
Zülfüqar ذوالفقار | |
---|---|
| |
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar illəri | 1996 - hal-hazırkı dövr |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1993 |
İstehsalçı | Şahid Kolah Dooz Sənaye Kompleksi |
İstehsal illəri | 1996 - günümüz |
İstehsal sayı | ~150 ədəd Zülfüqar 1, 100 ədəd Zülfüqar 3 (2012-ci ilə görə) |
Variantları | Zülfüqar 1, Zülfüqar 2, Zülfüqar 3 |
Xüsusiyyətləri | |
Ağırlığı | 52 ton |
Mühərrik |
12-silindr. dizel 780 hp (630 kW780 hp) |
Sürət | 70 km |
Güc nisbəti | 21.7 hp / ton (Zülfüqar 1), 17.85 hp / ton (Zülfüqar 3) |
Mühərrik gücü | Zulfiqar 1: 780 hp (630 kW) Zulfiqar 3: AVDS-1790 1000 hp |
Əsas silah | 125 mm-lik yivsiz 2A46 topu |
Köməkçi silah | 12.7 mm və 7.62 mm pulemyot |
Uzunluğu | 9.20 m (30 ft 2 inç) |
Eni | 3.6 m (11 ft 10 inç) |
Hündürlüyü | 2.5 m (8ft 2 inç) |
Ekipaj | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
Güc nisbəti aşağıdakı kimidir:
21.7 hp / ton (Zülfüqar 1);
17.85 hp / ton (Zülfüqar 3)
Növləri və xüsusiyyətləri
redaktəZülfüqar 1
redaktəİnqilabdan öncə ABŞ-dən qalan M48 Patton, M60 Patton tanklarının gövdəsinin üzərinə qurulmuşdur. İlk dəfə olaraq xalqa 1994-cü ildə nümayiş etdirilmişdir. Kompozit modelli zireh yalnız qüllə hissədə edilmişdir (birləşmə (qaynaq) hissələri bilinmir) və qülləyə 125 mm kalibrə sahib olan 2A46 Rusiya istehsalı olan tank topu yerləşdirilmişdir. Ayrıca olaraq ABŞ istehsalı olan Abrams tanklarını xatırladan bir tank qülləsinə sahibdir.[1]
Zülfüqar 2
redaktəDaha güclü motora və inkişaf etdirilmiş avtomatik mexaniki doldurucu sisteminə malikdir. Xarici görünüşünə görə əvvəlki modelə bənzəyir.[2][3]
Zülfüqar 3
redaktəZülfüqar seriyalı tankların ən sonuncu və təkmilləşdirilmiş variantıdır. Atəşə nəzarət sistemi və lazer vasitəsilə hədəflərin tapılması sistemi ilk dəfə olaraq bu tanklarda tətbiq edilmişdir. Tankın top qülləsi və gövdəsi daha əvvəlki modelə görə daha böyük olması ilə seçilir. Ətək (yan) zirehlərdən ilk dəfə olaraq bu tanklarda istifadə edilmişdir.[4][5]
Dizayn xüsusiyyətləri
redaktəXüsusiyyətləri
redaktəTankın özünəməxsus fərqli bir qutu şəkilli, polad qaynaqlı qülləsi vardır. Zülfüqarın Sovet istehsalı T-72 və Amerika istehsalı olan M48 və M60 tanklarının əsas komponentlərindən hazırlandığına inanılır. Asqı sistemi ABŞ tərəfindən İrana verilən M48 / M60 Patton tanklarından modelləşdirilmişdir. SPAT 1200 ötürücüsüdə M-60-ın yerli modernizasiya edilmiş versiyası kimi görünür. Zülfüqar-1-in döyüş çəkisinin 780 at gücündə olan dizel mühərriki ilə 36 ton olduğu qeyd edilib; tankın güc-çəki sistemi 21,7 at gücü nisbətindədir. Zülfüqar-3 tanklarında isə güc-çəki nisbəti 17.85 at gücü nisbətindədir. Bəzi mənbələr bildirirlər ki Zülfüqarın dizaynı ilə Braziliya prototipi Osório arasında bənzərliklər vardır.
Zülfüqar tankları üç nəfərlik heyət tərəfindən idarə olunur. Avtomatik yükləyicinin T-72 tankı ilə eyni olduğu düşünülür.[6]
2016-cı ilin oktyabrında İran, 360 dərəcəlik bir müşahidə imkanı verən dördqollu sistemlə təchiz edilmiş maili dopler və mərhələli şəkildə düzülmüş olan radar sistemlərinə əsaslanaraq Zülfiqar tanklarında aktiv qoruma sistemini uğurla test etdiyini iddia etmişdir..[1]
Silahlanma
redaktəTank özünü düşmən hücumlarından müdafiə üçün tüstü bombaları ilə təchiz edilmişdir. Tankın topu ilkin T-72 modellərində istifadə edilmiş olan 125 mm-lik çapa malik olan 2A46 yivsiz topudur. Tankın köməkçi silahlarına düşmən piyadalarına qarşı istifadə olunmaq üçün nəzərdə tutulmuş 7.62 mm çapında cütləşdirilmiş pulemyot və hava hücumlarından müdafiədən ötrü 12.7 mm-lik pulemyot daxildir. Zülfüqar / T-72 ekipajı üçün, İran Müdafiə Sənayesi Təşkilatının Silahlanma Qrupu, 3 kq ağırlığa sahib döyüş başlığını saniyədə 850 metr qüllədən çıxma sürəti ilə atəşləyən standart 23 kq ağırlığında olan yüksək partlayıcılı mərmi istehsal edir.[7]
"Zulfüqar-1" tanklarında tank hərəkətdə olarkən tankı yanğından mühafizəni təmin edən yanğınsöndürmə sistemi Tip 72Z ("Safir-74") tank modelində də istifadə olunan, Sloveniya istehsalı olan EFCS-3 yanğına nəzarət sistemidir. Zülfüqar tanklarının iddiaya görə tank qülləsinə lazer xəbərdarlıq sistemi əlavə edilmişdir. Onun dizaynı tankın İran istehsalı olan reaktiv zireh paketindən istifadə etməsinə imkan verir.
İstehsal
redaktə1997-ci ilin aprel ayında İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının rəhbərinin müavini, General-leytenant Mohammad Reza Ashtiani 1996-cı ildən istehsalına başlanılmış Zülfüqar tanklarının kütləvi istehsalının, hələ də davam etdiyini bildirmişdir. 520 müxtəlif tipdə tank parçasının, 500 tankın və zirehli maşının istehsal edildiyini bildirmişdir. 1997-ci ilin iyul aylarının sonlarında Əli Əkbər Haşimi Rəfsəncani, yerli olaraq istehsal edilən Zülfüqar əsas müharibə tanklarının və Borag tırtıllı zirehli transportyoru üçün rəsmən bir istehsal xətti açmışdır. Shahid Kolah Dooz adına sənaye kompleksi həmçinin BMP-2 Zirehli transportyorunu da istehsal edəcəkdir.
Qalereya
redaktə-
Zülfüqar-1 tanklarının öndən görüntüsü
-
Zülfüqar-1 tanklarının arxadan görüntüsü
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Iran tested its first home-made Active Protection System (APS) mounted on Zolfaqar tanks Arxivləşdirilib 2016-10-26 at the Wayback Machine — Armyrecognition.com, 25 October 216
- ↑ "Zulfiqar 2 Main Battle Tank". 2009-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-06.
- ↑ "The Zulfiqar 2 main battle tank". 2009-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-06.
- ↑ "The Iranian Zulfiqar Main Battle Tank". May 3, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 February 2010.Şablon:Self-published inline
- ↑ "Latest generation of Iranian-made main battle tank Zulfiqar with new reactive armor". June 4, 2013. September 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2019.
- ↑ "Strategy Page, 25 November 1999, article signed by Stephen V. Cole". 1 February 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2019.
- ↑ "Commander: Upgraded Zolfaqar Tanks under Field Tests". 2010-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-06.