Zohrab Qarayev - Wikipedia
Zöhrab İslam oğlu Qarayev (25 mart 1945, Minkənd, Laçın rayonu – 24 iyun 2024, Bakı) — Azərbaycan Dövlət Tibb Universitetinin professoru.
Zöhrab Qarayev | |
---|---|
Zöhrab İslam oğlu Qarayev | |
Doğum tarixi | 25 mart 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyun 2024 (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
Həyatı
redaktə25 mart 1945-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.
1951–1961-ci illərdə Minkənd orta məktəbində təhsil alıb.
1961–1966-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakultısində təhsil alıb.
1966-cı ildən Laçın rayonu Alxaslı kəndində həkim stomatoloq və 1967–1968-ci illərdə Minkənd xəstəxanasının baş həkimi işləmişdir.
24 iyun 2024-cü il tarixində vəfat edib.[1]
Elmi fəaliyyəti
redaktə1969-cu ildə Azərbaycan dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna aspiranturaya stomatologiya kafedrasına qəbul olunub.
1974-cü ildə Krasnodar Dövlət Tibb İnstitutunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
1985-ci ilə qədər Ə. Əliyev adına ADHTİ-də aspirant olmuş, metodist və stomatologiya kafedrasında assistent işləmişdir.
1980–1985-ci illərdə Ə. Əliyev adına ADHTİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri fəzifəsində işləmişdir.
1985-ci ildə müsabiqə yolu ilə ADTİ-nun ortepedik stomatologiya kafedrasında assistent, 1987-ci ildə dosent vəzifəsinə seçilmişdir, 2005-ci ildən həmin kafedranın professorudur.
2000-ci ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
Elmi uğurları
redaktəZöhrab Qarayev 160-dan çox elmi işin, o cümlədən 1 monoqrafiya, 6 dərslik və dərs vəsaiti, 8 metodik vəsait və 5 səmərələşdirici təklifin müəllifidir. Elmi işləri Azərbaycanda və xaricdə çap olunub.
Müxtəlif xarici ölkələrdə, o cümlədən ABŞ, Almaniya, Avstriya, İsveç, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayina, Sinqapur, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan, Tayland və digər ölkələrdə keçirilən konqress və sinpoziumlarda iştirak və çıxışlar edib.
Elmi idarəetmədə fəaliyyəti
redaktəZöhrab Qarayev ADTU-nin Elmi Şurasının və Dissertasiya Şurasının, ASA-nın, Beynəlxalq Stomotoloqlar Assosiyasiyasının (FDI) və Avropa Regional Təşkilatının (ERO) üzvüdür.
O "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub.
1990-cı ildən 2000-ci ilə qədər Azərbaycan Dövlət Tibb Universitetinin stomatologiya fakültəsinin dekanı vəzifəsində işləmişdir.
2004–2007-ci illərdə ATU-nin stomatoloji klinikasının direktoru vəzifəsində işləmişdir.
Z. Qarayev 2005-ci ildən ADTU-nin ortopedik stomatogiya kafedrasının professoru vəzifəsində çalışır.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə "Əməkdar həkim" fəxri adı verilmişdir.[2]
2011–2017-ci illərdə ikinci dəfə ATU-nin stomatologiya fakültəsinin dekanın vəzifəsində işləmişdir.
İstinadlar
redaktə- ↑ "Tibb Universitetinin professoru vəfat etdi". Oxu.az (az.). 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
- ↑ "1113 - Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında". e-qanun.az. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-18.