Zohre Xanim Qovanli Qacar - Wikipedia
Zəhra Xanım Tacəssəltənə (14 fevral 1883, Tehran – 25 yanvar 1936, Tehran) — İran şahzadəsi və Qacarlar sülaləsinin memuaristi. Nasirəddin şah Qacarın Turan Əssəltənədən olan qızı.
Zəhra Xanım Tacəssəltənə | |
---|---|
زهرا خانم تاج السلطنه | |
Doğum tarixi | |
Doğum yeri | Tehran |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Zahir əd-Dövlə qəbiristanlığı, Təcriş, Tehran |
Atası | Nəsrəddin şah Qacar |
Anası | Turan Əssəltənə |
Fəaliyyəti | yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəZəhra Xanım Tacəssəltənə 1884-cü (bəzi mənbələrdə 1883) ildə Nəsrəddin şah Qacarla onun həm də əmisi qızı olan həyat yoldaşı Məryəm Turan əl-Səltənənin qızı olaraq dünyaya gəlmişdir. Uşaqlıq illərinin böyük bir hissəsi onun təlim tərbiyəsi ilə məşğul olan tərbiyəçi qadın və tibb bacısı ilə keçmişdir. Belə ki, o anasını gün ərzində yalnız iki dəfə görürdü. Hər dəfə şah Tehrana gələndə onu gündə 1 dəfə də atasının yanına aparırdılar. Tacəssəltənə sonralar öz xatirələrində uşaqlıq illərini acı və tənqidi xatırlayır. Tacəssəltənə ibtidai təhsilinə 7 yaşında kral məktəbində başlasa da, 1893-cü ildə nişanlanması onun təhsilini yarımçıq qoymuşdur. Sonrakı illərdə onun bir neçə şəxsi tərbiyəçisi var idi. Onların bəziləri haqqında xatirələrində ətraflı məlumatlar vermişdir.
Ailəsi
redaktəTac Əssəltənə хanım Şücaəssəltənə Əmir Həsən хan Mirzə Məhəmmədbağır хan Sərdari-Əkrəm oğlu ilə ailə qurmuşdu. Dörd oğlu vardı.
Tehran şəhərinin Təcriş bölgəsindəki Zahir əd-Dövlə qəbiristanlığında dəfn olunmuşdur.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Xarici keçidlər
redaktə- Crowning Anguish, Memoirs of a Persian Princess from the Harem to Modernity Arxivləşdirilib 2009-06-19 at the Wayback Machine
- A brief history of women's movements in Iran 1850 – 2000 payvand