Yuxari Xocamusaxli - Wikipedia
Yuxarı Xocamsaqlı, Yuxarı Xocamusaxlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Yuxarı Xocamsaqlı | |
---|---|
39°18′59″ şm. e. 46°33′43″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktə1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Toponimikası
redaktəYuxarı Xocamsaqlı kəndi dağətəyi ərazidədir. XIX əsrdə Qubadlı r-nunun Dondarlı kənd icmasmda Xocamusaxlı adlı iki yaşayış məntəqəsi vardı. Onları bir-birindən fərqləndirmək üçün biri Qalacıq Xocamu- saxlı (Qalacıq yaxınlığındakı Xocamusaxlı), digəri Məzitti Xocamusaxlı (Məzitti ye-rindəki Xocamusaxlı) adlanırdı. Sonralar Məzitti Xocamusaxlı Yuxarı Xocamusaxlı, Qalacıq Xocamusaxlı isə Aşağı Xocamusaxlı adlandırıldı. Xocamusaxlı qədimdən Zəngəzur qəzasında yaşamış xacəəbıtishaqlı tayfasının tələffiizdə dəyişdirilmiş formasıdır. Xocəəbuishaqlıların keçmişdə Qalacıq, Dəstəgird, Məzitli adlı qışlaqları tədricən müstəqil yaşayış məntəqələrinə çevrilmişdi.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Xarici keçidlər
redaktə Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |