Yuqoslaviya Emeliyyati - Wikipedia
Yuqoslaviya əməliyyatı, həmçinin Aprel müharibəsi[a] və ya 25 saylı əməliyyat[b] — 6 aprel 1941-ci ildə, İkinci Dünya müharibəsi zamanı Almaniyanın başçılığı ilə Ox dövlətlərinin Yuqoslaviya krallığına hücum əməliyyatı. Hücum əmri "25 nömrəli fürer direktivi”ndə irəli sürülmüşdür. Bu, Adolf Hitler tərəfindən 27 mart 1941-ci ildə, Yuqoslaviyada dövlət çevrilişində Ox dövlətlərinin tərəfdarı olan hökumətin devrilməsindən sonra verilmişdir.[4]
Yuqoslaviya əməliyyatı | |
---|---|
İkinci Dünya müharibəsində Balkan kampaniyası | |
| |
Tarix | 6–18 aprel 1941 |
Yeri | Yuqoslaviya |
Nəticəsi |
|
Ərazi dəyişikliyi |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hücum əməliyyatı Lüftvaffe (Almaniya Hərbi Hava Qüvvələri) tərəfindən Belqrad və Kral Yuqoslaviya Hərbi Hava Qüvvələrinin (VVKJ) obyektlərinə böyük hava hücumu və Bolqarıstanın cənub-qərbindən Almaniya quru qüvvələrinin hücumları ilə başlamışdır. Bu hücumların ardınca Rumıniya, Macarıstan və Ostmarkdan (indiki Avstriya, sonradan Almaniyanın bir hissəsi) Almaniyanın hücumları baş tutmuşdur. İtaliya qüvvələri 11 aprelə qədər hava və artilleriya hücumları ilə məhdudlaşmışdı, lakin sonradan İtaliya ordusu Lyublyanaya (indiki Sloveniyada), həmçinin İstriya və Likadan keçərək Dalmatiya sahillərindən aşağıya doğru hücum etmişdir. Həmin gün Macarıstan qüvvələri Yuqoslaviyada Baçka və Baranyaya daxil olmuşdular. İtaliya qüvvələri kimi onlar da praktiki olaraq yüngül müqavimətlə üzləşmışdilər. İtaliyanın Albaniya protektoratının şimal hissələrinə Yuqoslaviyanın hücumu ilkin müvəffəqiyyətlə qarşılanmışdı, lakin Yuqoslaviya qüvvələrinin qalan hissəsinin dağılması səbəbindən nəticəsiz qalmışdır.
Alimlər Kral Yuqoslaviya Ordusunun qəfil süqutu üçün bir neçə nəzəriyyə irəli sürmüşdülər. Bunlara zəif təlim və təchizat, hərbi əməliyyatların tez dayandırılmasını təmin etmək istəyən generallar və xorvat, sloven və etnik alman beşinci kolonnanın fəaliyyəti aiddir. Beşinci kolonna nəzəriyyəsi onların son nəticəyə çox az təsir göstərdiyini irəli sürən alimlər tərəfindən sorğulanmışdır. 17 aprel 1941-ci ildə Yuqoslaviya ordusunun qeyd-şərtsiz kapitulyasiyasına əsaslanan və 18 apreldə günorta saatlarında qüvvəyə minən atəşkəs müqaviləsinin imzalanması ilə işğal başa çatmışdır. Yuqoslaviya krallığı daha sonra Ox dövlətləri tərəfindən işğal edilmiş və bölüşdürülmüşdür. Serbiya və Banatın böyük hissəsi Almaniyanın işğal zonasına çevrilmiş, Yuqoslaviyanın digər əraziləri isə qonşu Ox ölkələri, Almaniya, Macarıstan, İtaliya, Albaniya və Bolqarıstan tərəfindən ilhaq edilmişdir. Xorvatiya Müstəqil Xorvatiya Dövləti olmuşdur (serb-xorv. Nezavisna Država Hrvatska). Bu, Srem, Bosniya və Herseqovina, eləcə də Xorvatiya torpaqlarını əhatə edən işğal zamanı yaradılmış Ox kukla dövləti idi. 28 oktyabr 1940-cı ildə İtaliyanın Yunanıstana dayanmış işğalı və Almaniyanın "Marita" əməliyyatı adlanan Yunanıstana hücumu və Kritin işğal edilməsi ("Merkur" əməliyyatı) ilə yanaşı, Yuqoslaviya işğalı Almaniyanın Balkan kampaniyasının (alm. Balkanfeldzug) bir hissəsi idi.
Zəmin
redaktə1940-cı ilin oktyabrında faşist İtaliya Yunanıstan krallığına hücum etmişdir, lakin Albaniyaya geri çəkilməyə məcbur qalmışdır. Almaniya diktatoru Adolf Hitler müttəfiqi, İtaliya diktatoru Benito Mussolininin köməyinə getməyin zəruriliyini dərk etmişdi. Hitler bu addımı təkcə Ox dövlətlərinin azalmış prestijini bərpa etmək üçün deyil, həm də Britaniyanın Nasist Almaniyasının neft ehtiyatlarının böyük hissəsini təşkil edən Rumıniyanın Ployeşti neft yataqlarını bombalamasının qarşısını almaq üçün atmışdı.[5]
1940-cı ildə və 1941-ci ilin əvvəllərində Macarıstan, Rumıniya və Bolqarıstan üçlü pakta riayət etməyə razılaşaraq Ox dövlətlərinə qoşulmuşdular. Hitler daha sonra Yuqoslaviyaya da bu pakta qoşulması üçün təzyiq etmişdir.[6] Regent şahzadə Pavel Qarageorgiyeviç bu təzyiqə boyun əymiş və 25 mart 1941-ci ildə Yuqoslaviyanın Pakta qoşulduğunu elan etmişdir.[7] Bu addım serblərin üstünlük təşkil etdiyi hərbi zabit korpusu, Xalq Müdafiəsi və Çetniklər Təşkilatı kimi serb təşkilatları, Serb Pravoslav Kilsəsi, serb əhalisinin böyük bir hissəsi, eləcə də liberallar və kommunistlər tərəfindən bəyənilməmişdi.[6] Hərbi zabitlər (əsasən serblər) 27 mart 1941-ci ildə dövlət çevrilişi etmiş, regenti istefaya məcbur etmiş və 17 yaşlı kral II Pyotr Qarageorgiyeviçin taxta çıxdığını elan etmişdir.[6]
Nəticəsi
redaktəTəslim olunduqdan sonra Yuqoslaviya Almaniya, Macarıstan, İtaliya və Bolqarıstan arasında bölüşdürülmüşdür. Almaniya Serbiyanın böyük hissəsini nəzarət altına almışdır. Faşist "Ustaşe"nin lideri Ante Paveliç işğal hələ bitməmiş Xorvatiya Müstəqil Dövlətini elan etmişdir, lakin Xorvatiya əslində Almaniya və İtaliyanın birgə nəzarəti altında idi.[6]
18 aprel 1941-ci ildə Yuqoslaviya Ordusu rəsmən Ox qüvvələrinə təslim olduqdan sonra Kral Yuqoslaviya Ordusu polkovniki Draja Mixayloviç dərhal Serbiya və Şərqi Bosniyanın dağlarında işğalçı qüvvələrə qarşı müqavimət təşkil etməyə başlamışdır. Mixayloviç kral II Pyotr və onun Britaniyada sürgündə olan Yuqoslaviya hökuməti tərəfindən ordunun bu yeni partizan versiyasının generalı və Müharibə naziri təyin edilmişdir. Mixayloviç komandanlığı altında olan və 100,000-ə qədər fəal əsgərdən ibarət partizan qüvvələrinin hələ də "Kral Yuqoslaviya Ordusu" kimi xatırlanmasını israr etməyə çalışsa da, ABŞ və Britaniya kəşfiyyatı və mediası onları ardıcıl olaraq "çetniklər" adlandırırdı. Bu, çaşqınlığa səbəb olmuşdu, çünki həm general Milan Nediçin tabeliyində olan Yuqoslaviya partizan qüvvələri, həm də Mixayloviçin komandanlığı altında olmayan kralçı partizan qüvvələri də "çetniklər" adlanırdı. Sovetlər 22 iyun 1941-ci ildə Müttəfiqlər tərəfində müharibəyə tam daxil olduqdan sonra İosip Titonun başçılığı ilə Yuqoslaviya partizanları da Ox dövlətləri ilə vuruşmağa başlamışdılar. Başlanğıcda həm Yuqoslaviya partizanları, həm də "çetniklər" müqavimət göstərsələr də, 28 noyabr–1 dekabr 1943-cü il tarixlərində baş tutmuş Tehran konfransında Çörçillin göstərişi ilə Britaniya və ABŞ hökumətləri Mixayloviçin Yuqoslaviya Kral Ordusunun "çetniklər"inə bütün dəstəyini geri götürdükdən və Mixayloviçin qüvvələrinə qarşı davamlı vətəndaş müharibəsi aparan kommunist partizanlara əlavə yardım göstərməyə qərar verdikdən sonra partizanlar əsas müqavimət gücünə çevrilmişdilər. Nəhayət, bütün kənar yardımlardan məhrum olan Mixayloviçin Kral Yuqoslaviya Ordusu Serbiyada yaxşı silahlanmış, dəstəklənən və təchiz edilmiş partizanlar və işğalçı sovet qüvvələri tərəfindən məğlub edilmişdir.[8]
Qeydlər
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ Redžić, 2005. səh. 9
- ↑ Vogel, 2006. səh. 526, n. 158
- ↑ Chant, 1986. səh. 196
- ↑ Tomasevich, 1975. səh. 55
- ↑ Tomasevich, 1969
- ↑ 1 2 3 4 Tomasevich, 1975
- ↑ Tomasevich, 1975. səh. 39
- ↑ Patriot or Traitor: The Case of General Mihailovich.
Kitablar
redaktə- Bán, András D. Hungarian–British Diplomacy, 1938–1941: The Attempt to Maintain Relations. Translated by Tim Wilkinson. London: Frank Cass. 2004. ISBN 0714656607.
- Cervi, Mario. The Hollow Legions. Mussolini's Blunder in Greece, 1940–1941 [Storia della guerra di Grecia: ottobre 1940 – aprile 1941]. trans. Eric Mosbacher. London: Chatto and Windus. 1972. ISBN 0-70111-351-0.
- Chant, Christopher. The Encyclopedia of Codenames of World War II. Routledge. 1986.
- Chesneau, Roger, redaktorConway's All the World's Fighting Ships 1922–1946. London, England: Conway Maritime Press. 1980. ISBN 978-0-85177-146-5.
- Ciglić, Boris; Savić, Dragan. Dornier Do 17, The Yugoslav Story: Operational Record 1937–1947. Belgrade: Jeroplan. 2007. ISBN 978-86-909727-0-8.
- Cohen, Philip J. Serbia's Secret War: Propaganda and the Deceit of History. Texas A&M University Press. 1996. ISBN 9780890967607. 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
- Giurescu, Dinu C. Romania in the Second World War (1939–1945). Boulder, CO: East European Monographs. 2000.
- Hoffmann, Peter. Hitler's Personal Security: Protecting the Führer, 1921–1945 (2nd). Da Capo Press. 2000 [1979].
- Goss, Chris. Dornier 17: In Focus. Surrey, UK: Red Kite/Air Research. 2005. ISBN 0-9546201-4-3.
- Gretschko, A. A., redaktorGeschichte des Zweiten Weltkrieges. 3. East Berlin: Militärverlag der Deutschen Demokratischen Republik. 1977.
- Klajn, Lajco. The Past in Present Times: The Yugoslav Saga. University Press of America. 2007. ISBN 978-0-7618-3647-6.
- Loi, Salvatore. Le operazioni delle unità italiane in Jugoslavia (1941–1943): narrazione, documenti [The operations of Italian units in Yugoslavia (1941–1943): narrative, documents] (italyan). Rome, Italy: Ministero della difesa (Ministry of Defence). 1978. OCLC 9194926.
- Macartney, C. A. October Fifteenth: A History of Modern Hungary, 1929–1945. vol. 1. Edinburgh: Edinburgh University Press. 1956.
- Macartney, C. A. October Fifteenth: A History of Modern Hungary, 1929–1945. vol. 2. Edinburgh: Edinburgh University Press. 1957.
- Miller, Marshall Lee. Bulgaria during the Second World War. Stanford, CA: Stanford University Press. 1975.
- Niehorster, Leo W. G. The Royal Hungarian Army, 1920–1945. Bayside, New York: Europa Books. 1998. ISBN 978-1-891227-19-6.
- Novak, Emilian E. Limitations of Hungarian National Power in World War Two (MA thesis). University of North Texas. 1969. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
- Pavlowitch, Stevan K. Hitler's New Disorder: The Second World War in Yugoslavia. New York: Columbia University Press. 2007. ISBN 978-1-85065-895-5. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
- Redžić, Enver. Bosnia and Herzegovina in the Second World War. Abingdon: Frank Cass. 2005. ISBN 0-7146-5625-9. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
- Savić, Dragan; Ciglić, Boris. Croatian Aces of World War 2. London: Osprey Publishing. 2002. ISBN 1-84176-435-3.
- Schreiber, Gerhard. Germany, Italy, and South-east Europe: From Political and Economic Hegemony to Military Aggression // Germany and the Second World War, Volume III: The Mediterranean, South-East Europe, and North Africa, 1939–1941. Oxford: Oxford University Press. 2006. 303–448.
- Shirer, William L. The Rise and Fall of the Third Reich: A History of Nazi Germany. London: Random House. 2002. ISBN 978-0-09-942176-4. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
- Shores, Christopher F.; Cull, Brian; Malizia, Nicola. Air War for Yugoslavia, Greece, and Crete, 1940–41. London: Grub Street. 1987. ISBN 978-0-948817-07-6.
- Short, Neil. The Fuhrer's Headquarters: Hitler's Command Bunkers, 1939–45. Oxford: Osprey Publishing. 2010. ISBN 978-1-84603-582-1.
- Terzić, Velimir. Slom Kraljevine Jugoslavije 1941 : uzroci i posledice poraza [The Collapse of the Kingdom of Yugoslavia in 1941: Causes and Consequences of Defeat] (serb-xorvat). 1. Belgrade, Yugoslavia: Narodna knjiga. 1982a. OCLC 10276738.
- Terzić, Velimir. Slom Kraljevine Jugoslavije 1941 : uzroci i posledice poraza [The Collapse of the Kingdom of Yugoslavia in 1941: Causes and Consequences of Defeat] (serb-xorvat). 2. Belgrade, Yugoslavia: Narodna knjiga. 1982b. OCLC 10276738.
- Keegan, John, redaktorThe Times Atlas of the Second World War. New York: Harpercollins. 1989. ISBN 978-0060161781.
- Thomas, Nigel; Mikulan, Krunoslav. Axis Forces in Yugoslavia 1941–45. New York: Osprey Publishing. 1995. ISBN 1-85532-473-3.
- Thomas, Nigel; Szabo, Laszlo. The Royal Hungarian Army in World War II. Oxford, United Kingdom: Osprey Publishing. 2008. ISBN 978-1-84603-324-7.
- Tomasevich, Jozo, Yugoslavia during the Second World War // Vucinich, Wayne S. (redaktor), Contemporary Yugoslavia: Twenty Years of Socialist Experiment, Berkeley: University of California Press, 1969, 59–118, ISBN 978-05-200153-6-4
- Tomasevich, Jozo. War and Revolution in Yugoslavia, 1941–1945: The Chetniks. Stanford: Stanford University Press. 1975. ISBN 978-0-8047-0857-9.
- Tomasevich, Jozo. War and Revolution in Yugoslavia, 1941–1945: Occupation and Collaboration. 2. San Francisco: Stanford University Press. 2001. ISBN 0-8047-3615-4. 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
- Trevor-Roper, Hugh. Hitler's War Directives: 1939–1945. Viborg: Norhaven Paperback. 1964. ISBN 1-84341-014-1.
- US Army. The German Campaigns in the Balkans (Spring 1941): A Model of Crisis Planning. Department of the Army Pamphlet No. 20–260. Washington, D.C.: United States Army Center of Military History. 1986 [1953]. OCLC 16940402. CMH Pub 104-4. 19 June 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2010.
- Vogel, Detlef. German Intervention in the Balkans // Germany and the Second World War, Volume III: The Mediterranean, South-East Europe, and North Africa, 1939–1941. Oxford: Oxford University Press. 2006. 449–556.
- Weal, John A. Junkers Ju 87: Stukageschwader of North Africa and the Mediterranean. London: Osprey. 1998. ISBN 978-1-85532-722-1.
- Whitely, M. J. Destroyers of World War Two: An International Encyclopedia. US Naval Institute Press. 2001. ISBN 978-0-87021-326-7.
- Benson, Leslie. Yugoslavia: A Concise History. United Kingdom: Palgrave Macmillan. 2001. ISBN 1403913838. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
- Edwards, Robert J. Tip of the Spear: German Armored Reconnaissance in Action in World War II. Stackpole Books. 2015. ISBN 9780811763301. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
- Plowman, Jeffrey. War in the Balkans: The Battle for Greece and Crete 1940–1941. Pen and Sword. 2013. ISBN 9781781592489. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
- Jowett, Philip. Italian Army, 1940–1945. 1. Osprey. 2000. ISBN 9781855328648.
- Donia, Robert J.; Fine, John V.A. Bosnia and Hercegovina: A Tradition Betrayed. C. Hurst & Co. Publishers. 1994. ISBN 9781850652113.
- Krleža, Miroslav; Brajković, Vladislav; Mardešić, Petar. Pomorska enciklopedija (serb-xorvat). 2. Jugoslavenski leksikografski zavod. 1972.
- Maior, George Cristian. The Danube, European security and cooperation at the beginning of the 21st century. Enciclopedica Pub. House. 2002. ISBN 9789734503971.
- Weal, John. The Danube, European security and cooperation at the beginning of the 21st century. Bloomsbury Publishing. 2012. ISBN 978-1841762869.
Məqalələr
redaktə- Barefield, Michael R. "Overwhelming Force, Indecisive Victory: The German Invasion of Yugoslavia, 1941". Fort Leavenworth, Kansas: School of Advanced Military Studies, United States Army Command and General Staff College. May 1993. 8 April 2013 tarixində orijinalından arxivləşdirilib.
- Dizdar, Zdravko. "Bjelovarski ustanak od 7. do 10. travnja 1941". Časopis Za Suvremenu Povijest (xorvat). 3. Hrvatski institut za povijest. 2007. 581–609.
- Dedijer, Vladimir. "Sur l'armistice "germano-yougoslave" (7 avril 1941) (Peut-on dire qu'il y eut réellement un armistice?)". Revue d'histoire de la Deuxième Guerre mondiale. 6 (23). 1956: 1–10.
- Fatutta, F.; Covelli, L. "1941: Attack on Yugoslavia". The International Magazine of Armies and Weapons. 4 (15–17). Lugano, Switzerland. 1975.
- Hadži-Jovančić, Perica. "Losing the Periphery: The British Foreign Office and Policy Towards Yugoslavia, 1935–1938." Diplomacy & Statecraft 31.1 (2020): 65–90.
- Jovanovich, Leo M. "The War in the Balkans in 1941". East European Quarterly. 28 (1). 1994: 105–129.
- Krzak, Andrzej. "Operation "Marita": The Attack Against Yugoslavia in 1941". The Journal of Slavic Military Studies. 19 (3). 2006: 543–600. doi:10.1080/13518040600868123.
- Lennox, Dyer T. "Operational Analysis: German operations against Yugoslavia 1941". Newport, Rhode Island: Joint Military Operations Department, Naval War College. May 1997. 8 April 2013 tarixində orijinalından arxivləşdirilib.
- Mirošević, Franko. "Dubrovnik i dubrovački kotar od Banovine Hrvatske do talijanske reokupacije (od rujna 1939. do rujna 1941.)". Radovi Zavoda za povijesne znanosti HAZU u Zadru (xorvat). 53. 2011. 243–279.
- Pavlowitch, Stevan K. "How Many Non-Serbian Generals in 1941?". East European Quarterly. 16 (4). 1982: 447–452.
- Zajac, Daniel L. "The German Invasion of Yugoslavia: Insights For Crisis Action Planning And Operational Art in A Combined Environment". Fort Leavenworth, Kansas: School of Advanced Military Studies, United States Army Command and General Staff College. May 1993. 8 April 2013 tarixində orijinalından arxivləşdirilib.
- Životić, Aleksandar. "Četničke jedinice Vojske Kraljevine Jugoslavije u Aprilskom ratu" [The Chetnik units of the Yugoslav Army in April War 1941]. Istorija 20. Veka (serb). 29. 2011: 39–47. doi:10.29362/ist20veka.2011.1.ziv.39-47. 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
- Statiev, Alexander. "Antonescu's Eagles against Stalin's Falcons: The Romanian Air Force, 1920–1941". The Journal of Military History. 66 (4). October 2002: 1085–1113. doi:10.2307/3093265. JSTOR 3093265.
Veb
redaktə- Heaton, Colin D. "Invasion of Yugoslavia: Waffen SS Captain Fritz Klingenberg and the Capture of Belgrade During World War II". HistoryNet. 12 June 2006. 28 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2021.
- Niehorster, Leo. "Balkan Operations Italian Order of Battle Italian Army 5th April 1941". Leo Niehorster. 2013a. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2021.
- Niehorster, Leo. "Balkan Operations Italian Order of Battle Italian Second Army 5th April 1941". Leo Niehorster. 2013b. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2021.
- Niehorster, Leo. "Balkan Operations Italian Order of Battle Italian Albanian High Command 5th April 1941". Leo Niehorster. 2013c. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2021.
- Niehorster, Leo. "Balkan Operations Italian Order of Battle Italian Commander of Troops in Zara 5th April 1941". Leo Niehorster. 2013d. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2021.
Əlavə ədəbiyyat
redaktə- Burgwyn, H. James. Empire on the Adriatic: Mussolini's Conquest of Yugoslavia 1941–1943. Enigma. 2005.
- Williams, Heather. Parachutes, Patriots and Partisans: The Special Operations Executive and Yugoslavia, 1941–1945. C. Hurst & Co. 2003. ISBN 1-85065-592-8.