Yolcubeyli - Wikipedia
Yolçubəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Yolçubəyli | |
---|---|
40°03′44″ şm. e. 48°23′25″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Sabirabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3.484 nəfər |
Tarixi
redaktəYolçubəyli Azərbaycan Respublikasi Sabirabad rayonu ərazisində kənd yaşayış məntəqəsidir. Rayon mərkəzindən 7 km qərbdə Kür çayının Şirvan sahilində Sabirabad-Kürdəmir (köhnə Tiflis hərbi yol) yolunun üstündə yerləşir. Ərazisinin ümumi sahəsi 2500 ha (əkin sahələriylə birgə), əhalisinin sayı 4000 nəfərə yaxın olan Yolçubəyli kəndi həm də üç kəndin (Yolçubəyli, Türkədi, Narlıq )icra nümayəndəliyidir.
Arxiv sənədlərində Yolçubəylinin rəsmən yaşayış məntəqəsi kimi qeyd edilməsi 1770-1800-cü illərə təsadüf edilirsə də, yaşlı insanların deməsinə istinadən kənd ərazisində oturaq əhalinin məskunlaşdığı 400 ilə yaxındır. Buna kənd qəbirstanlığında olan qədim baş daşları da sübut ola bilər (nəzərə alınsa ki, hazırkı qəbiristanlıq ilkin qəbiristanlıq deyil buna şübhə qalmaz). Yolçubəyli adının toponomikası haqda əsasən iki fərziyyə mövcuddur ki, bunlardan biri bu ərazilərdə yaşamış Qasım, Əsgər, Yolçu bəy qardaşların adlarıyla əlaqələndilir. Belə ki, kəndlə Kürün əks sahilində Qasımbəyli və Əsgərbəyli kəndləri yerləşir. İkinci fikir həqiqətə daha yaxındır: bu ərazilər ta qədimdən Şamaxı əhalisinin mal qaranı otarmaq üçün istifadə etdikləri yaylaq yerləri olub, adamlar Şamaxı ilə Kür qırağında yerləşən bu otlu-alaflı bərəkətli torpaqlar arasında gedib gəlmiş, daima yollarda olmuş, bir sözlə yolçuluq etmişlər və bu yolçuların içərisindən bərəkətli torpaqlar sayəsində mal qarası həddən çox artan bəylər yetişmiş ki, onlar da get-gəl çətinliyini aradan qaldirmaq üçün oturaq düşərgə salmaq, bir məntəqə yaratmaq məcburiyyətində qalmış və Yolçubəylidə yerləşən binələrində birdəfəlik məskunlaşmışlar. Çox güman ki, bu oturaqlığı vacib edən səbəblərdən biri də Şamaxıda tez tez baş verən zəlzələ və sellər olmuşdur. Təsadüfi deyil ki, kənd əhalisinin əksəriyyəti qədim Şamaxıdan və Qarabağdan gəlmiş adamların törəmələridirlər və indi də çoxlarının Şamaxının ayrı-ayrı kənd və məntəqələrində qohumları yaşayanlar var.
Yolçubəyli kəndində hazırda üç böyük məscid, bir tam orta və bir ibtidai məktəb, təzə istifadəyə verilmiş xəstəxana, poçt məntəqəsi, su təmizləmə qurğusu, üç böyük mağaza və 650-dən çox fərdi yaşayış evi var. Kənd əhalisinin əsas gəlir mənbəyi həyətyanı sahələrində yetişdirdikləri meyvələrin realizasiyası və heyvandarlıqdır. Lakin bu heç də əhalinin dolanışıq göstəricisi deyil. Belə ki, Yolçubəyli sakinləri, özlərinin dili ilə desək, çox zirək, fərasətli, gözüaçıq, çörəyini daşdan da olsa çıxaran bir camaatdır ki, bu kəndin cavanları Rusiyanın bir neçə, Ukraynanın və Belarusun bəzi şəhərlərində özlərinə hörmət qazanmış, iş qurmuşlar. Və həmin işlər hesabina kəndin ümumi rifahını və öz yaşayış səviyyələrini şəhər səviyyəsinə uyğunlaşdıra bilmişlər.[mənbə göstərin]
İstinadlar
redaktə Sabirabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |