Yohan Heyzinq - Wikipedia
Yohan Heyzinq, Niderlandlı filosof və tarix professorudur. Fiziologiya professoru Dirk Heyzinqin ailəsində Qroningendə dünyaya gəlib. Anası Yakoba Tonkens Yohanın doğumundan iki il sonra öldü.[5] Yohan Heyzinq Hind-german dillərini öyrənməyə başladı və təhsilini 1895-ci ildə tamamladı. Daha sonra müqayisəli dilçilik oxudu. Sanskrit dilinə hakim oldu. Dissertasiya işini təlxəyin Hind Teatrındakı yeri mövzusunda 1897-ci ildə etdi.[6] 1902-ci ildə Orta əsrlərə və Renesansa yönəldi. Heyzinq Qərbi Avropa, Orta əsrlər və İntibah tarixi ilə əlaqədar tədqiqatlar vasitəsilə dünya şöhrəti qazandı . Ən məşhur əsərləri Orta əsrlərin payızı ( 1919 ) və Erasmus ( 1924 ). Sonradan, Homo Ludens (1938 ) adlı tədqiqat Heyzinqin ən məşhur əsəri oldu .Şərqşünas olaraq dərs verməyə davam edərək 1905-ci ildə Ümumi tarix və Niderland tarixi sahəsində professor oldu. 1942-ci ilə qədər bu vəzifədə qaldı. 1942-ci ildə, Niderland almanlar tərəfindən işğal edildikdə, Almanları ciddi şəkildə tənqid etdi. 1930-cu illərdə faşizmə qarşı çıxdı. O, ölümünə qədər natsistlər tərəfindən təcrid olunmuşdu. O Ernhemdə vəfat etdi. Nazi rəhbərliyi ölümündən bir neçə həftə sonra sona çatdı. Onun məzarı Oegstgeestdə islahatçı kilsənin qəbiristanlığında yerləşir.
Yohan Heyzinq | |
---|---|
(nid. Johan Huizinga:[ˈjoːɦɑn ˈɦœyzɪŋɣaː] | |
Doğum tarixi | 7 dekabr 1872[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 fevral 1945[3][1][…] (72 yaşında) |
Əsas maraqları | tarixi linqvistika, tarix[4], mədəniyyət tarixi[d][4], sənətşünaslıq[4], Mədəniyyət fəlsəfəsi[4], antropologiya[4] |
Təsirlənib | Georq Zimmel |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Catalogus Professorum Academiae Groninganae. 2014.
- ↑ 1 2 Хёйзинга Йохан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 5 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Liukkonen, Petri. "Johan Huizinga". Books and Writers (kirjasto.sci.fi). Finland: Kuusankoski Public Library. Archived from the original on 10 February 2015.
- ↑ Catalogus Professorum Academiae Groninganae — 2014.