Yerli Ozunuidareetme - Wikipedia
Yerli özünüidarəetmə — yerli ərazi vahidi əhalisinin (ərazi kollektivini) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti.
Yerli özünüidarəetməyə nəzəri baxışlar
redaktəYerli özünüidarəetməyə müasir baxışın əsasını bu idarəetmənin təbiəti və mahiyyəti haqqında XIX əsr alimlərinin əsərlərində irəli sürülən nəzəri fikirlər təşkil edir. Qeyd etmək lazımdır ki, bu fikirlər bir-birindən əsaslı surətdə fərqlənirdi.Bəzi mütəfəkkirlər yerli özünüidarəetməni dövlətdən asılı olan,əhaliyə ümumdövlət standartlarında və mərkəzi hökumətin ümumi siyasi kursuna uyğun xidmət göstərən dövlət mexanizminin əksmərkəzləşmiş forması hesab edirlər. Digər alimlər isə yerli özünüidarəetmə haqqında icma anlayışına sadiq qalaraq yerli hakimiyyət orqanlarının özünəməxsus müstəqilliyini müdafiə edirlər. Bu müstəqillik öz təsdiqini bu orqanların bilavasitə xalq və ya onun iştirakı ilə formalaşmasında, onların sərbəstliyində tapır. Sərbəstliyi xarakterizə edən amil isə yerli özünüidarəetmə orqanlarının şəxsi maliyyə (yerli büdcə və büdcədənkənar fondlar), maddi (bələdiyyə mülkiyyəti) və bəşəri (bələdiyyə qulluqçuları) resurslara və hüquqi səlahiyyətlərə (hüquqi şəxs qismində müqavilələr bağlamaq və iddia qaldırmaq) malik olmasıdır. Yerli özünüidarəetmənin tarixi kökləri, demək olar ki,bütün dünya xalqlarında mövcud olan ümumi maraqları əhatə edən məsələlərin həlli istiqamətindəki adət-ənənələrlə bağlıdır. Bu gün dünyanın inkişaf etmiş ölkələrində mövcud olan yerliözünüidarəetmə sistemləri öz varlığını əsasən XIX əsrin bələdiyyə islahatlarına borcludur. Bu qurumların təşəkkülü feodal cəmiyyətdən sənayeləşmiş cəmiyyətə keçid prosesləri ilə sıx əlaqəli idi. Yeni doğulan burjuaziyanın istehkamını hələ orta əsrlərdə yerli əhəmiyyətli məsələlərin həllində mərkəzi hakimiyyətin müdaxilə və nəzarətindən müəyyən dərəcədə müstəqillik əldə etmiş şəhərlər təşkil edirdi. O dövrün yerli özünüidarəetməsi tacir gildiyaları (səmərəli iş birliyi və təhlükələrdən qorunmaq üçün tacirlərin yaratdıqları birliklər) və sənətkar ittifaqlarının əsasında təşəkkül etmişdi. Bu qurumların rəhbərləri şəhər kommunalarının magistrarı (rəhbəri) olmaqla inzibati,maliyyə və hətta məhkəmə işlərinin həllində söz sahibi olmağacan atırdılar[1].
Dövlət hakimiyyətinin üstünlüyünün azalması vaxt keçdikcə şəhərlərə təsərrüfat işlərinin idarə olunması sahəsində dəmüəyyən müstəqillik verdi. Şəhərlər tədricən hüquqi statuslarını möhkəmləndirərək icma mülkiyyəti üzərində sərbəst sərəncam vermə səlahiyyəti əldə edirdilər. Yerli özünüidarəetmə konsepsiyasının yaranmasında iqtisadiyyat və dövlət haqqında liberal düşüncə tərzinin geniş yayılmasına zəmin hazırlayan XVIII əsr Böyük Fransız inqilabının da müstəsna rolu olmuşdur. Liberalizm dövlətin müdafiə funksiyası istisna olmaqla cəmiyyətin bütün sferalarına müdaxiləsini məhdudlaşdırırdı. Bu yanaşma çərçivəsində yerli hakimiyyət orqanlarınının dövlətdən qeyri-asılılığı təbii qanunauyğunluq idi. Məhz buna görədə elmi ədəbiyyatda yerli özünüidarəetmə bəzən XIX əsrin liberal-demokratik dövlətinin məhsulu kimi ifadə olunur.
Yerli özünüidarəetmənin xüsusiyyətləri
redaktə"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının qanunun 1-ci maddəsində göstərilir. Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin elə bir qeyri–dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri verir. bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər.
Yerli özünüidarəetmə orqanları onları yerli idarəetmə orqanlarından fərqləndirən bir sıra özünəməxsus xüsusiyyətlərə malik Yerli özünüidarəetmə orqanları inzibati ərazi vahidinin əhalisi tərəfindən ümumi, bərabər, birbaşa seçki hüququ əsasında formalaşdırılır. Yerli idarəetmə orqanları isə mərkəzi dövlət orqanları tərəfindən təyin olunur və onların səlahiyyətləri tabe olduqları orqan tərəfindən müəyyən olunur.
Yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli məsələlərin həllində müstəqildirlər. Lakin yerli özünüidarəetmə orqanlarının müstəqilliyi, mütləq mənada başa düşülməlidir. Onlar qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində müstəqildirlər, onların qəbul etdikləri aktlar hüquqa, haqq-ədalətə əsaslanmalı, Konstitusiyaya, qanunlara, prezident fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
“Yerli özünüidarəetmə” və bələdiyyələr” kimi məfhumları da bir-birindən fərqləndirmək lazımdır. Yerli özünüidarəetmə fəaliyyət formasıdır. Bu fəaliyyət yerli əhəmiyyətli məsələlərin həlli ilə əlaqədər həyata keçirilir. Bu fəaliyyəti hayata keçirən subyekt qismində yerli ərazi vahidinin əhalisi və bu əhalinin təşkil etdiyi yerli özünüidarəetmə orqanları çıxış edir. ”Bələdiyyə”isə yerli ərazi vahidinin əhalisi tərəfindən yerli əhəmiyyətli məsələləri həll etmək üçün təşkil olunası seçkili, kollegial təsisatdır, yəni yerli özünüidarəetmə fəaliyyətinin həyata keçirən seçkili orqandır.
Yerli özünüidarəetmə azad, demokratik cəmiyyətin ilkin başlanğıcını təşkil edir. Görkəmli fransız alimi A.de Foksil hələ 1835 – ci ildə nəşr olunmuş “Amerikada demokratiya ” adlı məcmuəsində yazırdı: “Yerli özünüidarəetmə institutları olmadan millət azad hökumət yarada bilər, lakin o, azadlıq ruhunu duya bilməz”.
AR Konstitusiyasının 4 – cü bölməsi “Yerli özünüidarəetmə” adlandırılmışdır. Bu bölmə “Bələdiyyələr” adlanan IX fəsildən ibarət olub 142 – 146 – cı maddələrini əhatə edir. 142 – ci maddənin I hissəsində qeyd olunur ki, “yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Həmin maddənin III hissəsinə görə bələdiyyələrin statusu qanunla müəyyən edilir”. Yerli idarəetmənin hüquqi cəhətdən tənzimlənməsində “Bələdiyyələrin statusu haqqında” AR – nın Qanun xüsusi əhəmiyyət kəsb edir. Qanun 8 fəsil, 56 maddədən ibarətdir. Bələdiyyələrin hüquqi vəziyyətini müəyyən edən “Bələdiyyələrin statusu haqqında” AR qanununun 1 – ci maddəsində göstərilir: AR – da yerli özünüidarəetmə vətəndaşların fəaliyyətinin elə bir qeyri - dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilimş qaydad ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəliyi kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər[2].
Yerli özünüidarəetmə orqanlarının təşkili qaydası, funksiyaları və səlahiyyətləri AR – nın Konstitusiyası və qanunları ilə müəyyən edilir. Yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli məsələlrin həllində müstəqildirlər və mərkəzi dövlət haklimiyyəti orqanlarının onların fəaliyyətinə müdaxiləsi yolverilməzdir. Yerli özünüidarəetmə orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Konstitusiyada dövlət hakimiyyəti və yerli özünüidarəetmə məsələləri müxtəlif bölmələrdə əks etdirilir və bələdiyyələr dövlət orqanlarının hüquqi vəziyyətini müəyyən edən bölməyə daxil edilmir. Bundan başqa Konstitusiyada bələdiyyə aktları dövlət hakimiyyəti orqanlarının aktları ilə bir sıraya aid edilmir[1].
Yerli özünüidarə orqanlarının maliyyələşmə mənbələri
redaktəYerli özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaq hüququ vardır, onlar öz funksiyalarını yerinə yetirmək üçün həmin vəsaitlər barədə sərbəst sərəncam verə bilərlər. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitləri konstitusiya ilə, yaxud qanunla onlara verilən səlahiyyətlərə mütənasib olmalıdır. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitlərinin heç olmazsa bir hissəsi yerli rüsum və vergilər hesabına daxil olmalıdır, bunların dərəcəsini yerli özünüidarə orqanlarının qanunda göstərilən hüdudlarda müəyyənləşdirməyə ixtiyarlıdırlar. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitlərinin əsaslandığı maliyyə sistemləri yetərincə müxtəlif və çevik olmalıdır ki, yerli orqanların səlahiyyətlərinin həyata keçirilməsi zamanı çəkilən xərclərin dəyişməsini mümkün qədər təmin edə bilsin. Maliyyə baxımından daha zəif olan yerli özünüidarə orqanlarının qorunması maliyyə tənzimi prosedurlarının, yaxud yerli orqanların potensial maliyyələşmə mənbələrinin qeyri-bərabər bölüşdürülməsinin nəticələrini və onlar üzərinə düşən xərcləri təshih etmək üçün nəzərdə tutulmuş ekvivalent tədbirlərin tətbiqini tələb edir. Belə prosedurlar və ya tədbirlər yerli özünüidarə orqanlanmn öz səlahiyyətləri hüdudlarında seçim sərbəstliyini məhdudlaşdırmamalıdır. Yenidən bölüşdürülən vəsaitlərin verilmə qaydasını yerli özünüidarə orqanları ilə lazımi qaydada razılaşdırmaq zəruridir.
Yerli özünüidarə orqanlarına verilən subsidiyalar imkan daxilində müəyyən layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmamalıdır. Subsidiyaların verilməsi yerli özünüidarə orqanlarının özlərinin səlahiyyətləri sahəsində siyasət seçimində əsas sərbəstliyinə ziyan vurmamalıdır. Kapital qoyuluşları üzrə xərclərin maliyyələşdirilməsi üçün yerli özünüidarə orqanları qanunvericiliyə riayət etməklə milli borc kapital bazarından istifadə edə bilməlidir[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 "Özünüidarəetmə" ( (rus.)). alleng.org. 12 dekabr 2019. 2019-12-12 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Козлова Е. И. Konstitusiya hüququ: dərslik. orta peşə məktəbləri üçün. 519 (3-е). М.: Норма. Е. И. Козлова, О. Е. Кутафин. 2007. səh. 592. ISBN 978-5-468-00130-1. (rus.)