Yenikend Samux - Wikipedia
Yenikənd (əvvəlki adı: Qarayevkənd) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Yenikənd | |
---|---|
40°55′31″ şm. e. 46°18′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəKənd 1927-ci ildə salınmış və bolşevik Əliheydər Qarayevin (1896-1938) şərəfinə Qarayevkənd adlanmışdır. 1937-ci ildə Əliheydər Qarayev xalq düşməni kimi həbs edildikdən sonra kəndə Yenikənd adı verildi.[1]
Tarixi
redaktəKəndin ilk sakinləri 1918-ci ildə Qərbi Azərbaycanın Gərnibasar mahalının (Ermənistan SSR-nin keçmiş Üçkilsə rayonu və ya müasir siyasi-inzibati bölgüyə əsasən Ermənistan Respublikasının Armavir mərzi ərazisi) Qarxun (Yuxarı Qarxun və Aşağı Qarxun kəndlərindən ibarət idi), Canfida, Zeyvə (Böyük Zeyvə/Erməni Zeyvə və Kiçik Zeyvə/Türk Zeyvə kəndlərindən ibarət idi) və Türkmən (Yuxarı Türkmənli və Aşağı Türkmənli kəndlərindən ibarət idi) kəndlərindən didərgin salınmış azərbaycanlı ailələr olmuşdu.
Kənd 1940-cı ildə Kürdən Ceyrançölə çəkilmiş kanalın sağ sahilinə köçürülmüşdü.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
redaktəƏhalisinin sayı 1270 nəfərdir.[3]
İstinadlar
redaktə- ↑ Yenikənd (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Yenikənd (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Samux rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |