Yenikend Kelbecer - Wikipedia
Yenikənd_(Kəlbəcər) - Haqqında Məlumat
Yenikənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Taxtabaşı kənd inzibati ərazi dairəsində kənd.[1]
Yenikənd | |
---|---|
Ölkə | Azərbaycan |
Region | Kəlbəcər rayonu |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Yenikənd kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.
Tarixi
redaktəKənd dağətəyi ərazidədir. Keçmiş adı Alaqaya olmuşdur. Yaşayış məntəqəsini 1930-cu illərdə Ağcakənd və Laçın rayonundakı Oğuldərə kəndlərindən köçmüş ailələr Alaqaya adlı dağın yaxınlığında saldığı üçün belə adlanmışdır. Kənd indi də yerli əhali arasında bu ad ilə tanınır. Yeni salınmış yaşayış məntəqəsi olduğu uçün sonralar Yenikənd adı ilə rəsmiləşdirilmişdir.[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Yenikənd (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.