Yenicag Az - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
"Yeni Çağ" — Aqil Ələsgərin təsisçisi və rəhbəri olduğu, Azərbaycanda fəaliyyət göstərən hakimiyyətyönümlü media-qrup.
Tarixi
redaktə1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin rəsmi saytı yenicag.az 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.[1]
Fəaliyyəti
redaktə"Yenicag.az" İA 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir. Saytın rəhbəri Aqil Ələsgərdir. İnformasiya agentliyi Azərbaycan xəbərlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində fəaliyyət göstərir. "Yenicag.az"ın dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün" kitabı nəşr olunub.[1]
Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında fəaliyyət göstərən media qrupun təsisçisi və rəhbəri Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən üzü" və "Səssiz işğal" kitablarını çap etdirib.[1]
2016-cı ilin dekabrından "Yenicag.az"ın türk (Yenicag.info) və rusdilli (Yenicag.ru) versiyaları fəaliyyətə başlayıb.
Hal-hazırda "Yeni Çağ" Media Qrupuna "Yenicag.az" ( (az.)), "novayaepoxa.com" (Новая Эпоха) ( (rus.)) və "Yenicag.info" ( (türk.)), 2018-ci ildən isə "yenicag.tv" domenləri daxildir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- yenicagmediagroup.com — Rəsmi saytı (az.)