Yeni Yasma - Wikipedia
Yeni Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun faktiki mövcud olan Yeni Yaşma kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla, Yeni Yaşma kənd Soveti yaradılmışdır.[1]
Yeni Yaşma | |
---|---|
40°47′ şm. e. 49°27′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1989 |
Saat qurşağı | |
Toponimikası
redaktəKənd 1988-1989-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr üçün salınmışdır. Yaşma yaşayış məntəqəsi yaxınlığında salındığı üçün onun adı ilə adlandırılmışdır. Yerli əhalinin arasında Yaşma sözünün mənasını fərqli yorumlayırlar. Bəzi rəvayətlərə görə, sözün kökü "eşmə" sözündəndir. Bu inzibati ərazi vahidində güclü külək olduğu üçün ad da oradan qalıb. Əhalinin dilindən rus dilinə keçən söz, zamanla dəyişikliyə uğrayaraq Eşmə-Yeşmə-Yaşma formasına kimi gəlmişdir. [2]
Coğrafiyası və iqlimi
redaktəKənd Xəzər dənizi sahilində yerləşir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2022.
- ↑ Yeni Yaşma // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Xızı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |