Yeni Bas Kataloq - Wikipedia
Yeni ümumi kataloq və ya NGC (ing. New General Catalogue və ya NGC) — həvəskar astronomiyada uzaq kosmik obyektlərin ən məşhur kataloqu.
Kataloq qeyri-ixtisaslaşdırılmış böyük kataloqlardan biri hesab olunur. Çünki, kataloqda uzaq kosmosun bütün tip obyektləri yer alır (məsələn, təkçə yalnız qalaktikalarla ixtisaslaşmır). Kataloqa 7840 obyekt daxildir.
Kataloq 1880-ci illərdə Con Lüdviq Emil Dreyer tərəfindən əsasən Vilyam Herşelin müşahidələri əsasında yaradılmışdır, daha sonra isə iki indeks kataloqlarının (IC I & IC II) vasitəsilə 5326 obyekt də əlavə olunaraq genişləndirilmişdir. Cənub yarımkürəsinin səma obyektləri daha az kataloqlaşdırılmışdır, lakin çoxusu Con Herşel tərəfindən müşahidə edilmişdir. "Yeni ümumi kataloq"da bir neçə səvlər var idi, əksəriyyəti "Yenilənmiş yeni ümumi kataloq"da aradan qaldırıldı.
Mənbələr
redaktə- The NGC/IC project Arxivləşdirilib 2019-04-11 at the Wayback Machine
- The top astro photos of the NGC catalog Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine
- The Interactive NGC Catalog Online Arxivləşdirilib 2006-11-01 at the Wayback Machine