Yesua - Wikipedia
Yuşə[2] və ya Yeşua[3][4] (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non;[5][6] mənası – "Yahve xilas edir"),[7] xristianlıqda İisus Navin,[8][9] İsus Navin[10] və ya Yisus Navin[11] (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu,[10] islamda Yuşa ibn Nun[12][13] (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur.[14] Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur.
Yuşə | |
---|---|
q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן | |
Doğum tarixi | ən tezi e.ə. 1650 və ən geci e.ə. 1350[1] |
Vəfat tarixi | ən tezi e.ə. 1422 və ən geci e.ə. 1245[1] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuşə ibn Nun (Yuşa ibn Nun), İslam, Yəhudi və Xristian ənənələrində adı keçən məşhur bir peyğəmbərdir. O, Musa peyğəmbərin yaxın köməkçisi və yerinə keçən varisi olaraq tanınır. Tövrat, Quran və digər dini mənbələrdə onun Kənan diyarının fəthindəki rolu ilə bağlı məlumatlar mövcuddur.
Yuşə ibn Nun iman, cəsarət və sədaqət nümunəsi olaraq üç səmavi dində dərin hörmətlə anılır. O, həm hərbi lider, həm də dini lider olaraq tarixdə əhəmiyyətli iz buraxmışdır.
Yəhudi və Xristian Ənənəsində
redaktəYuşə (Yeşu), Tövratda Musa peyğəmbərin davamçısı kimi təqdim edilir və əsasən “Yeşu kitabı”nda təsvir olunur. O, İsrail övladlarını Kənan torpaqlarına apararaq Tanrının vəd etdiyi torpaqları fəth etmişdir. Əsas məqamlar:
1. Kənan torpağının fəthi: Yuşə, Yerixon şəhərinin divarlarını möcüzəvi şəkildə yıxaraq İsrail övladlarının bu torpağı ələ keçirməsinə rəhbərlik edir.
2. İman və liderlik: Musa peyğəmbərin ölümündən sonra Yuşə İsrail xalqına liderlik edir və Tanrının qanunlarına uyğun şəkildə onları idarə edir.
İslamda
redaktəQuranda Yuşə ibn Nunun adı birbaşa çəkilməsə də, bəzi ayələrin ona işarə etdiyi düşünülür. Ən məşhur rəvayətlərdən biri Musa peyğəmbərlə Yuşə ibn Nunun gənclikdəki macərasıdır. Bu hadisə “Kəhf” surəsində qeyd edilir:
• Musa və gənc köməkçi: “Kəhf” surəsinin 60-65-ci ayələrində Musa peyğəmbərin “iki dənizin birləşdiyi yerə” getdiyi hekayədə “gənc” olaraq təsvir edilən şəxsin Yuşə olduğu qəbul edilir.
Bəzi digər İslam rəvayətlərində isə Yuşə ibn Nun, Musa peyğəmbərin ölümündən sonra Bəni İsrailə liderlik etmiş və Kənan torpağını fəth etmiş peyğəmbər olaraq tanınır.
Müsəlman ilkin tarix kitablarında Yuşə ibni Nunun Bəni-İsrailin düşmənlərilə vuruşduğu müharibələrdə Bələm ibni Baurunun da adı çəkilib:
“Kamilüt-təvarix” kitabının müəllifi Musanın (ə) “Əriha”nı fəth edəndən sonra dünyadan getməsini deyən alimlərin nəzərinə əsas olaraq yazır:
“Musa (ə) Təyyədən çıxıb Əriha şəhərinə tərəf hərəkət etdi. Musanın (ə) qoşunun önündə Yuşə ibni Nun və Kalib ibni Yufənna gedirdi. Qoşun Əriha şəhərinə çatanda şəhərin zalım adamları Lut peyğəmbərin övladlarından olan Bələm ibni Baurun yanına getdilər.
Ravəndi də bu hadisəni azacıq fərqli olaraq “Qisəsül-ənbiya” kitabında bir hədislə bəyan edib. Lakin hədisdə Musanın (ə) yerinə Yuşə ibni Nunun adı qeyd olunub. Məsudi də “İsbatul-vəsiyyə” kitabında Ravəndi kimi nəql edib.
Yuşə ibni Nunun ömrünü “Kamilüt-təvarix”də 126 il yazıblar. Bəzi tarix kitablarında yazıblar ki, onun qəbri Fələstindəolan Əfraim dağındadır.
Əhəmiyyətli Nöqtələr
redaktə1. Kənan torpağının fəthi: İslam təfsirlərinə görə, Yuşə ibn Nun Bəni İsrailin Musa peyğəmbərin vəfatından sonra vəd edilmiş torpaqlara çatmasına rəhbərlik edib.
2. Yerixon şəhəri: Yuşə, Tanrının yardımı ilə Yerixon divarlarını yıxaraq şəhəri fəth etmişdir.
3. Peyğəmbərlik və Liderlik: Yuşə, Musa peyğəmbərin tərbiyəsi ilə yetişmiş, liderlik və peyğəmbərlik keyfiyyətlərini mənimsəmişdir.
Yuşə Türbəsi
redaktəİslam ənənəsində Yuşə ibn Nun ilə bağlı çoxlu türbə və məzar yerləri mövcuddur. Ən məşhurları bunlardır:
1. İstanbul, Türkiyə: Yuşə peyğəmbərin məzarının İstanbulun Anadolu Yakasında, Beykoz rayonundakı “Yuşə Təpəsi”ndə yerləşdiyinə inanılır.
2. İordan çayı yaxınlığı: Bəzi digər mənbələrdə onun məzarının Fələstin və ya İordaniya ərazisində olduğu qeyd edilir.
Həmçinin bax
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 http://timeline.biblehistory.com/event/joshua.
- ↑ https://www.jw.org/az/kitabxana/m%C3%BCq%C9%99dd%C9%99s-kitab/nwt/m%C3%BCnd%C9%99ricat/Yu%C5%9F%C9%99/
- ↑ "Azərbaycan dilində Müqəddəs Kitab YEŞUA 1". ebible.org. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ Hearing, Faith Comes By. "YEŞUA PEYĞƏMBƏRİN KİTABI 1 | Bible.is". Bible.is Online.
- ↑ Khan, Geoffrey. The Tiberian Pronunciation Tradition of Biblical Hebrew, Volume 1. Open Book Publishers. 2020. ISBN 978-1783746767.
- ↑ "Strong's Hebrew Concordance - 3091. Yehoshua". Bible Hub. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Peyğəmbərlər". 25 avq 2020. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI". ensiklopediya.gov.az.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-10-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-18.
- ↑ 1 2 "EÇÜK BÖGƏT – - Microsoft Word qafqaz albanlar-duzelishli doc". genderi.org. 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Insan Ekologiyasi (Antropoekologiya) | PDF". Scribd. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ http://www.anl.az/down/meqale/dede-qorqud/2020/01/748904(meqale).pdf
- ↑ "Azərbaycanlı xanım hafiz İordaniyada keçirilən beynəlxalq yarışmada diploma layiq görülüb". Report İnformasiya Agentliyi. 21 iyn 2020. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ Coogan, 2009. səh. 166-167
Ədəbiyyat
redaktə- Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Əlavə ədəbiyyat
redaktə- Albright, W. F. "The Israelite Conquest of Canaan in the Light of Archaeology". Bulletin of the American Schools of Oriental Research. 74 (74). 1939: 11–23. doi:10.2307/3218878. JSTOR 3218878.
- Ayali-Darshan, Noga. "The Elements ש(ו)ע/שבע/תעŞablon:Popdf in Biblical Proper Names: A Re-evaluation". Journal of Northwest Semitic Languages. Stellenbosch University. 44 (1). 2018. hdl:10520/EJC-ff5bd8a45.academia.edu Arxivləşdirilib 2023-05-10 at the Wayback Machine
- Auzou, Georges, Le Don d'une conquête: étude du livre de Josué, Connaissance de la Bible (fransız), Édition de l'Orante, 1964
- Bartlett, John R. 3: Archeology // Rogerson, J.W.; Lieu, Judith M. (redaktorlar ). The Oxford Handbook of Biblical Studies. Oxford: Oxford University Press. 2006. ISBN 978-0-19-925425-5.
- Barton, John; Muddiman, John, redaktorlar Oxford Bible Commentary, Oxford University Press, 2001, ISBN 9780198755005, 2020-07-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-05-01
- Barton, John, The Biblical World, 2, Taylor & Francis, 2004, ISBN 9780415350914, 2017-05-02 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-05-01
- Beolens, Bo; Watkins, Michael; Grayson, Michael. The Eponym Dictionary of Reptiles. JHU Press. 2011. ISBN 978-1-4214-0135-5. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
- Brettler, Marc Zvi, How to read the Bible Arxivləşdirilib 2017-05-01 at the Wayback Machine (Jewish Publication Society, 2005).
- Bright, John. A History of Israel. Westminster John Knox Press. 2000. ISBN 978-0-664-22068-6. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
- Coogan, Michael D. (ed), The Oxford History of the Biblical World Arxiv surəti 1 iyul 2023 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2020-11-15 at the Wayback Machine (Oxford University Press, 1998)
- Coote, Robert B. Conquest: Biblical narrative // David Noel Freedman; Allen C. Myers (redaktorlar ). Eerdmans Dictionary of the Bible. Amsterdam University Press. 31 December 2000. ISBN 978-90-5356-503-2.
- Creach, Jerome F.D. Joshua. Westminster John Knox Press. 2003. ISBN 978-0-664-23738-7. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- Day, John, Yahweh and the gods and goddesses of Canaan Arxiv surəti 16 iyul 2021 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2021-07-16 at the Wayback Machine (Sheffield Academic Press, 2002)
- de Pury, Albert; Römer, Thomas; Jean-Daniel, Macchi, Israël constructs its history: Deuteronomistic historiography in recent research, Sheffield Academic Press, 2000, ISBN 9781841270999, 2021-07-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-05-01
- Dever, William, What Did the Biblical Writers Know and When Did They Know It? Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine (Eerdmans, 2001)
- Dever, William, Who Were the Early Israelites and Where Did They Come From? Arxiv surəti 1 iyul 2023 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2020-04-21 at the Wayback Machine (Eerdmans, 2003, 2006)
- Douglas, James Dixon; Bruce, Frederick Fyvie. Joshua // New Bible Dictionary. Inter-Varsity Press. 1982. ISBN 978-0-8423-4667-2.
- James D.G. Dunn; John William Rogerson, redaktorlar Eerdmans Commentary on the Bible. Wm B. Eerdmans. 2003. ISBN 9780802837110. 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- Finkelstein, Israel; Mazar, Amihay; Schmidt, Brian B., The Quest for the Historical Israel Arxiv surəti 1 iyul 2023 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-06-03 at the Wayback Machine (Society of Biblical Literature, 2007)
- Garbini, G., Myth and history in the Bible Arxivləşdirilib 2021-07-16 at the Wayback Machine (Sheffield Academic Press, 2003)
- Gesenius, Wilhelm. Francis Brown (redaktor). A Hebrew and English Lexicon of the Old Testament, with an Appendix Containing the Biblical Aramaic. Edward Robinson tərəfindən tərcümə olunub. Houghton Mifflin. 1906.
- Graham, M.P, and McKenzie, Steven L., The Hebrew Bible today: an introduction to critical issues Arxiv surəti 23 yanvar 2024 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2019-07-03 at the Wayback Machine (Westminster John Knox Press, 1998)
- Hawkins, Ralph. How Israel Became a People. Abingdon. 2015. ISBN 978-1-4267-5487-6. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- Henry, Matthew. Complete Commentary on the Whole Bible. 1706. 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
- Kenyon, Kathleen M. "Jericho". Archaeology. 20 (4). 1967: 268–275. JSTOR 41667764.
- Kenyon, Kathleen M. "Some Notes on the History of Jericho in the Second Millennium B.C.". Palestine Exploration Quarterly. 83 (2). 20 November 2013: 101–38. doi:10.1179/peq.1951.83.2.101.
- Killebrew, Ann E., Biblical Peoples and Ethnicity: An Archaeological Study of Egyptians, Canaanites, and Early Israel, October 2005, səh. 130, ISBN 9781589830974, 2020-07-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-05-01.
- McConville, Gordon; Williams, Stephen. Joshua. Eerdmans. 2010. ISBN 978-0-8028-2702-9. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- McNutt, Paula. Reconstructing the Society of Ancient Israel. Westminster John Knox Press. 1999. ISBN 978-0-664-22265-9. 2019-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
- Miller, James Maxwell; Hayes, John Haralson. A History of Ancient Israel and Judah. Westminster John Knox Press. 1986. ISBN 0-664-21262-X. 2020-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
- Miller, Robert D. Chieftains of the Highland Clans: A History of Israel in the 12th and 11th Centuries BC. Eerdmans. 2005. ISBN 978-0-8028-0988-9. 2020-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
- Nelson, Richard D. Joshua. Westminster John Knox Press. 1997. ISBN 978-0-664-22666-4. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- Nichols, Aidan. Lovely, Like Jerusalem: The Fulfillment of the Old Testament in Christ and the Church. Ignatius Press. 2007. səh. 195. ISBN 9781586171681. 2019-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- Noort, Ed. "4QJOSHª and the History of Tradition in the Book of Joshua". Journal of Northwest Semitic Languages. 24 (2). 1998: 127–144.
- Pressler, Carolyn. Joshua, Judges and Ruth. Westminster John Knox Press. 2002. ISBN 978-0-664-25526-8. 2011-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- Rendsburg, Gary A. "The Date of the Exodus and the Conquest/Settlement: The Case for the 1100S". Vetus Testamentum. 42 (4). 1992: 510–27. doi:10.2307/1518961. JSTOR 1518961.
- Simons, Dorothy Lister. "The Individual Human Dramatis Personae of the "Divine Comedy"". Modern Philology. 16 (7). 8 January 2018: 371–380. doi:10.1086/387205. JSTOR 432744.
- Wright, G. Ernest. "Archaeological News and Views: Hazor and the Conquest of Canaan". The Biblical Archaeologist. 18 (4). 1955: 106–8. doi:10.2307/3209136. JSTOR 3209136.