Yaziliqaya - Wikipedia
Yazılıqaya - Haqqında Məlumat
Yazılıqaya — Mərkəzi Anadoluda (Türkiyə, Çorum ili) Boğazköy yaxınlığındakı qayalıqda Hett məbədi. 1839-cu ildə fransız alimi Ş. Teksyö aşkar etmişdir. Yazılıqaya kompleksinin qədim hissəsi və keramika nümunələri e.ə. təqribən XV əsrə, əsas tikililər, tanrıların relyefləri və yazılar isə e.ə. XIII əsrə aiddir. Yazılıqaya, yanında məbəd tikilmiş əsas binadan, həmçinin tanrılar və şeytanların təsvirləri olan köməkçi binalar kompleksindən ibarətdir. Yazılıqayanın məbəd yerləşən mərkəzi hissəsindəki qayalarda hürrilərin tanrılar panteonu çəkilmişdir. Hürri tanrılarının adları və bəzi hürri sözləri Hett heroqlifləri ilə yazılmışdır. Yazılıqaya monumental üslubun ən görkəmli nümunəsidir.
Mənbə
redaktə- ASE, V cild, Bakı, 1981, səh. 49