Yazi Duzu - Wikipedia
Yazı düzü — Azərbaycanın Qubadlı rayonu ərazisində Bazarçay ilə Həkəri çayı arasında yerləşən düz. Ərazidə erməni işğalına qədər heyvandarlıq, buğda, tütün və üzüm əkinçiliyi geniş yayılmışdı[1].
Yazı düzü | |
---|---|
Coğrafiyası | |
Çaylar | Bazarçay, Həkəri |
Yerləşməsi | |
39°20′01″ şm. e. 46°38′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qubadlı |
|
Haqqında
redaktəYazı düzündə XIV əsrə aid Cavanşir türbəsi yerləşir[2][3].
Toponimikası
redaktəYazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "düz" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Qarayazı, Ağcayazı və digərləri[4].
Coğrafiyası
redaktəQarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ərazidə 450 m-dək enərək maili və dalğalı İncə düzünə keçir[5]. Üçbucaq şəklindədir. Uzunluğu 30–35 km-dir. Üst Pliosenin vulkanogen–prolüvial çöküntülərindən təşkil olunmuşdur. Qışı quraq keçən mülayim isti iqlimi var. Qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Kserofit dağ kolluqları və quru çöl landşaftı var. Qarabağ münaqişəsinədək heyvandarlıq inkişaf etmişdi, taxıl, tütün və üzüm yetişdirilirdi.[4]
İstinadlar
redaktə- ↑ Јазы дүзү // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 49.
- ↑ "Qubadlı rayonunun vandalizmə məruz qalmış abidələri" (az.). Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi . January 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2022.
- ↑ "Qubadlının tarixi abidələrini və incəsənət xadimlərini birlikdə öyrənək" (az.). nayora.org. December 27, 2020. January 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2022.
- ↑ 1 2 Yazı düzü // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ "Qubadlı rayonu" (az.). biodiversity.az. October 4, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2022.