Yaroslav Qasek - Wikipedia
Yaroslav Haşek (çex. Jaroslav Hašek; 30 aprel 1883[1][2][…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[1][3][…] – 3 yanvar 1923[1][3][…]) —Çex yazıçısı.
Yaroslav Haşek | |
---|---|
çex. Jaroslav Hašek | |
Doğum adı | Jaroslav Matěj František Hašek |
Doğum tarixi | 30 aprel 1883[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1923[1][3][…] (39 yaşında) |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | müəllif, romançı, jurnalist, yazıçı, publisist, yumor ustası |
Fəaliyyət illəri | 1900-cü ildən |
Əsərlərinin dili | çex dili, rus dili |
Yaroslav Haşek Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəşhur çex yazıçısı Yaroslav Haşek (1883 – 1923) Praqada müəllim ailəsində dünyaya göz açıb. Nümayişdə iştirakına görə gimnaziyadan xaric olunan Haşek 18 yaşından çap olunmağa başlayır. Yazıçının dünyagörüşünün formalaşmasında onun Avstriya-Macarıstanın tərkibində olan Çexiya, Macarıstan, Qalitsiya kimi ölkələrə səfəri, həmçinin sonradan ayrıldığı anarxistlərlə görüşləri əsas rol oynamışdır.
Birinci Dünya müharibəsi onun həyatında kəskin dönüş yaradır. Rus ordusuna əsir düşən Haşek Rusiyada yaradılan Çexoslovakiya legionuna daxil olub, inqilabi hərəkata kömək etmək üçün partiya tərəfindən 1920-ci ildə Praqaya göndərilir, lakin o zaman inqilab dalğası artıq zəifləmişdi və burjua mətbuatının tənqidlərinə tuş gələn yazıçı Praqadan getməyə məcbur olub, Qavliçkov Brod şəhərində romanı üzərində işləməyə başlayır.
Haşekin ədəbi irsi satirik və yumoristik hekayələrdən ibarətdir. 1921–1923-cü ildə çap olunan "Cəsur əsgər Şveykin majəraları" romanı onun ən məşhur əsəri sayılır. Şveyk bu gün dünya ədəbiyyatı qəhrəmanları arasında özünəməxsus yer tutur.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Yaroslav Haşek. Seçilmiş əsərləri /Tərtib edən və ön sözün müəllifi Elçin Mehri.-B.: Şərq-Qərb, 2006.- 320 s.
- Русскоязычный сайт, посвящённый Ярославу Гашеку
- Ярослав Гашек — "Уши св. Мартина" [ölü keçid]
- Ярослав Гашек — лучшие рассказы Arxivləşdirilib 2005-04-03 at the Wayback Machine
- Автограф Гашека на чешском и Швейк на украинском Arxivləşdirilib 2005-04-17 at the Wayback Machine
- Сочинения Гашека на сайте Lib.ru: Классика
- Вадим Татаринов. "Неисправимый анархист и народный затейник." Предисловие к роману "Похождения бравого солдата Швейка". — М. Эксмо, 2008. — 640 с. — (Зарубежная классика).
- Собственноручная анкета Ярослава Гашека Arxivləşdirilib 2015-06-12 at the Wayback Machine
- В. Врангель. Дуализм Ярослава Гашека: пером и штыком Arxivləşdirilib 2009-12-19 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 6 Востокова С. И. Гашек // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 2.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Востокова С. И. Гашек Ярослав // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1971. Т. 6 : Газлифт — Гоголево. С. 148–149.