Yapon Delesi - Wikipedia
Yapon dələsi (lat. Martes melampus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
Yapon dələsi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yapon dələsi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Görünüşü
redaktəYapon dələsinin xəzi sarı-qəhvəyidən tünd-qəhvəyi çaları arasında dəyişir. Üzərlərində ağ ləkələrə rast gəlinir. Digər dələlərdən demək olar ki, kəskin fərqlənmirlər. Quyruqları qısa və qalın yumşaq tükə malikdir. Bu canlıların uzunluqları 47–54 sm arasında dəyişir. Quyruqları isə 17–23 santımetrdir. Erkəklər dişilərə nisbətdə çəki baxımından ağır olur. Erkəklər 1,6 kq, dişilər isə 1,0 kq təşkil edir.
Yayılması
redaktəYapon dələsi əsasən Yaponiyanın cənub adalarında daha geniş yayılmışdır: Honşu, Şikoku, Kyuşu və Tsuşima. Xəz əldə etmək məqsədi ilə Hokkaydo və Sado adalarlarına da köçürülmüşlər. Əsasən meşə sahələrində yayılsalarda düzən ərazilərdə belə rast gəlmək olar.
Həyat tərzi
redaktəYapon dələsinin həyat tərzi zəif öyrənilmişdir. Onlar yaşıllıqlarda yerləşən oyuqlarda və ağaclarda yuva qoyurlar. Çütləşmə dövrü istisna olaraq fərdlər ayrı yaşayır. Qida toplanması əsasən gecə saatları həyata keçirilir. Kiçik məməlilər, quşlar, qurbağalar, xərçəngkimilər, cücülər, giləmeyvələr və tumlarla qidalanır.
Çütləşmə mart-may aylarına təsadüf edir. İyul-avqust ayları 1–5 arası bala verir. 4 aydan sonra balalar artıq müstəqil olur.
Təhlükə
redaktəYapon dələlərinə qarşı ov əsasən onların xəz dərilərinə görə aparılır. Hokkaydo və Suşima adalarında bir sıra populyasiyalar qoruma altındadır. Suşimada yayılmış M. m. tsuensis yarımnövü Ümumdünya təbiəti qoruma təşkilatı tərəfindən nəslinin nəsilmə təhlükə qarşısında olması ilə xəbərdarlıq etmişdir.
Yarımnövləri
redaktə- Martes melampus melampus (Wagner, 1840)
- Martes melampus tsuensis (Thomas, 1897)
- Martes melampus coreensis (Kuroda & Mori, 1923)
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0