Yapisdirma - Wikipedia
Yapışdırma — ərinti ilə birləşdirmə emal növünə aid olub, metal və qeyri metal hissələrin yapıqanın köməyi ilə birləşdirilməsi üsuludur. Yapışqan birləşən səthlərlə reaksiyaya girərək fiziki təsir yaradır. Bu fenomen həm də adheziya (ilişmə) adlanır. Qaynaq və lehimləmədən fərqli olaraq yapışdırma istilik enerjisi tətbiq olunmadan aparılır. Eyni zamanda hissələr və əlavə maddə (yapışqan) arasında heç bir diffuziya prosesi baş vermir. Digər tərəfdən, bu üsulla əldə edilən birləşmələrin möhkəmliyi aşağı olur. Ancaq bu yapışqan sahəsini artırmaqla kompensasiya edilə bilər.
Yapışdırma üsulunun inkişafı sayəsində o maşınqayırmada, boruçəkmədə, avtomobqayırmada və cihazqayırmada geniş tətbiq olunur.
Yapışqan birləşməsi birləşən hissələrdən və onların arasına çəkilmiş yapışqan qatından ibarətdir. Sərhəd səthləridnə fiziki və kimyəvi təsirlər baş verir və adhezion nəticəsində mexaniki birləşmə yaranır. Optimal səthi ilişmə üçün yapışqann maye halında olması əlverişlidir. Öz daxili möhkəmliyini o fiziki və ya kimyəvi proses nəticəsində alır.
Yapışdırmanın aşağıdakı üstün cəhətləri vardır:
- Lehimləmə və qaynaqetməyə nisbətən asan başa gəlir,
- Qüvvə ötürmədə bərabər gərginlik paylanmasını təmin edir,
- Başqa üsullara nsibətən prosesin soyuq halda aparılması materialda heç bir struktur dəyişikliyi yaratmır,
- Çəkiyə qənaət məqsədilə qalınlığı kiçik olan (0.5 mm-ə qədər) yüngül hissələrin hazırlanmasında uğurla tətbiq olunur. Bu isiliyin təsiri ilə işləyən üsullarda mümkün deyil.
- Birləşmə zamanı yapıqandan həm də kipölışdirici material kimi istifadə etmək olar. O su, qaz ötürən hissələrdə tətbiq oluna bilər.
- Müxtəlif tərkibli materiallar birləşdirilə bilərlər.
Çatışmayan cəhətləri:
- Mürəkkəb yerinə yetirilməsidir. Yaxşı yapışdırma əldə etmək üçün səthi hazırlamaq lazımdır. Yarana biləcək yükləmə əvvəlcədən məlum olmalıdır.
- Köhnəlmə. Hər bir üzvi maddə kimi yapışqan da köhnəlir və öz keyfiyyətini itirir.
Mənbə
redaktə- Gerd Habenicht. Kleben. Grundlagen, Technologie, Anwendungen. Springer, Heidelberg 2005,