Yann Martel - Wikipedia
Yann Martel(ing. Yann Martel; d. 25 iyun 1963[1][2][…], Salamanka, Kastiliya və Leon[4]) — Kanada yazıçısı.
Yann Martel | |
---|---|
ing. Yann Martel | |
Doğum tarixi | 25 iyun 1963[1][2][…] (61 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı, ssenarist, nasir, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 1993-cü ildən |
Əsərlərinin dili | ingilis dili |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYann Martel, 25 iyun 1963-cü ildə İspaniyanın Salamanka şəhərində kanadalı diplomat ailəsində dünyaya gəlib. Valideynləri ilə birlikdə Avropanı, Mərkəzi və Şimali Amerikanı dolaşıb, Alyaskada, Kosta-Rikada yaşayıb. Yaşa dolduqdan sonra Türkiyəyə və Hindistana səyahət edib. Kanadanın Trent Universitetində fəlsəfə öyrənib, yoqa ilə məşğul olub. Y.Martelin ikinci romanı olan “Pinin həyatı” yazıçıya böyük uğur qazandırıb, bu əsərə görə 2002-ci ildə Booker mükafatınına layiq görülüb.
Əsərdə 15 yaşlı yeniyetmə Pinin başına gələn inanılmaz hadisələr, onun Sakit Okeanda kiçik bir qayıqda amansız təbiətə və onunla birlikdə sağ qalmış vəhşi pələngə qarşı müqaviməti, yaşamaq uğrunda mübarizəsi öz əksini tapıb.
İstinadlar
redaktə- ↑ 1 2 Yann Martel // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Yann Martel // Roglo. 1997.
- ↑ 1 2 Kral Ədəbiyyat Cəmiyyəti. 1820.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #11555808X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.