Yan Streys - Wikipedia
Yan_Streys - Haqqında Məlumat
Yan Yansen Streys (nid. Jan Jansen Struys, 1630 — 1694) — XVII əsr Niderland səyyahı.
Yan Streys | |
---|---|
Doğum tarixi | 1630[1][2][…] |
Vəfat tarixi | 1694[3][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], boyakar[d], yazıçı |
Fəaliyyət illəri | –1647 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYan Streys (1630-1694) holland dənizçisi və səyyahı idi. Səyyah Dağıstanda Qaytaq hakimi tərəfindən əsir alınmış, 1670-1672-ci illərdə qul sifəti ilə Dərbənd, Şamaxı və Ərdəbil şəhərlərində yaşamışdır. O, vətənə qayıdandan sonra «Ecazkar, olduqca başıbəlalı səyahətlər» adlı kitab yazmışdır. Onun bu əsəri Avropa ölkələrində 25 dəfədən artıq çap edilmişdir.
Yan Streysin əsərində Dərbənd, Şamaxı, Ərdəbil şəhərlərinin memarlıq baxımından vəziyyətinə, maarifin inkişaf səviyyəsinə aid məlumatlar vardır. Onun Ərdəbildəki Şeyx Səfi kompleksi barədəki fikirləri də maraqlıdır.
İstinadlar
redaktə- ↑ 1 2 RKDartists (nid.).
- ↑ 1 2 Jan Jansz. Struys. 2009.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ https://rkd.nl/nl/artists/75860.
Mənbə
redaktə- Mahmudov Y. M. Odlar yurduna səyahət. Bakı: "Gənclik" nəşriyyatı. 1980. s. 105-117.
Xarici keçidlər
redaktəVikianbarda Yan Streys ilə əlaqəli mediafayllar var.