Yasa Qizil Baliq Film 1988 - Wikipedia
Yaşa, qızıl balıq — Natiq Rəsulzadənin ssenarisi əsasında[1] Nicat Feyzullayevin filmi.
Yaşa, qızıl balıq | |
---|---|
Fayl:Yaşa, qızıl balıq (film, 1988).jpg | |
Janr |
komediya macəra |
Rejissor | Nicat Feyzullayev |
Ssenari müəllifləri |
Natiq Rəsulzadə Nicat Feyzullayev |
Baş rollarda |
Kamil Məhərrəmov — avtobus sürücüsü Ə.Məmmədov Aqşin Feyzullayev — uşaq Ə.Ələsgərov S.Məmmədova Kübra Dadaşova — sərnişin |
Operator | Nizami Abbasov |
Rəssam | Mirzə Rəfiyev |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 1988 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 14,5 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1988 |
Texniki məlumatlar |
2 hissə 585 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəLaqeydlik — bu, bizim narahat dövrümüzün əsas bəlasıdır. Və onunla mübarizə hər birimizin vətəndaşlıq borcudur. Film tamaşaçıları öz həyat mövqeyi üzərində düşünməyə məcbur edir.
Kinolent insan və təbiət, onların qarşılıqlı əlaqəsi, insanın zəngin mənəviyyatı və əxlaqi kamilliyi haqqındadır.
Avtobusdakı bəzi sərnişinlər can verən "qızıl balığı" qurtamaq üçün əllərindən gələni edir, bəziləri isə buna biganə yanaşır. Hadisələr kiçik bir avtobusda baş versə də əslində bu, böyük bir cəmiyyəti əhatə edir. Həmin cəmiyyətdə laqeydlər də çoxdur, zəngin mənəviyyatı olanlar da.
Film haqqında
redaktəFilmdə çəkilmək üçün beş "qızıl balıq" alınmışdır. Ancaq əvvəldən axıra qədər təkcə "Ağabala" ləqəbli balıqdan istifadə olunmuşdur.
Film rejissor Nicat Feyzullayevin quruluşçu rejissor kimi bədii kinoda ilk işidir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Natiq Rəsulzadə, Nicat Feyzullayev
- Quruluşçu rejissor: Nicat Feyzullayev
- Quruluşçu operator: Nizami Abbasov
- Quruluşçu rəssam: Mirzə Rəfiyev
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Nadir Əzməmmədov
- Operator: Həsən Yaqubov
- Montaj edən: Lidiya Vyalsova
- Musiqi redaktoru: İsmayıl Dadaşov
- Rejissor assistenti: N.Məmmədova
- Operator assistenti: Elxan Hüseynov
- Redaktor: Eldəniz Quliyev
- Filmin direktoru: Nadir Əliyev
- Musiqisindən istifadə edilən bəstəkar: Müslüm Maqomayev ("Gümüşgöl əfsanəsi" bədii filmindən) (titrlərdə yoxdur)
Rollarda
redaktə- Kamil Məhərrəmov — avtobus sürücüsü
- Ə.Məmmədov
- Aqşin Feyzullayev — uşaq
- Ə.Ələsgərov
- S.Məmmədova
- Kübra Dadaşova — sərnişin
- Tələt Rəhmanov — nərd oynayan
- K.Ümüdov
- Rahib Əliyev
- Həqiqət Nəbiyeva
- Arif Kərimov — sərnişin
- Elnarə Məmmədova
- Arzu Ocaqverdiyev
- Ələsgər Qurbanəliyev
- Q.Məmmədov
- Fərəc Fərəcov — sərnişin
- Əhəd Əsgərov
- K.Həsənova
- T.Yaqubov
- Leyla Manafova
- Əhməd Əhmədov — sərnişin
- Əlibala Əliyev
- Vahid Əliyev — sərnişin
- Mustafa Süleymanov — sərnişin
- Nuriyyə Əhmədova - Avtobus sürücüsünün həyat yoldaşı(titrlərdə qeyd olunmayıb)
İstinadlar
redaktə- ↑ Natiq Rəsulzadə. Ev. Bakı: Çənlibel, 2012.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 319.