Yehudi Milli Surasi - Wikipedia
Yəhudi milli şurası — Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə yaşayan yəhudilərin mənafeyini müdafiə etmək məqsədilə fəaliyyət göstərmiş şura.
Tarixi
redaktəYaradılması
redaktə1917-ci il dekabrın 3-də yaradılmışdı. Həmin ilin sentyabrında şuranın fəaliyyəti dayandırılmış, 1918-ci il oktyabrın 9-da Bakı qubernatorunun icazəsi ilə yenidən bərpa edilmişdi. Müxtəlif dini və siyasi yəhudi qrupların təmsil olunduğu şura mədəni-maarif, dini və xeyriyyə işləri ilə məşğul olurdu.
Fəaliyyəti
redaktəAylıq büdcəsi 150 min rubla çatan yəhudi ibtidai və yuxarı sinif məktəbləri (800-dək şagird), yaşlılar üçün axşam kursları və kitabxana, ucuz yeməkxana, erməni-daşnak və bolşevik hərbi birləşmələrinin 1918-ci ildə törətdikləri soyqırımları zamanı talanlardan zərər çəkmiş yəhudilərə yardım komitəsi, xırda alverçi və sənətkarlara yardım göstərən yəhudi borc-əmanət birliyi şuranın sərəncamında idi. Şuranın büdcəsi yəhudi icmasının üzvlərindən yığılan gəlir vergisi hesabına formalaşırdı. Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli qərarı ilə, milli təmsilçilik prinsipinə uyğun olaraq, yəhudi əhalisindən bir nümayəndəni Parlamentin tərkibinə daxil etmək və onun seçimini həyata keçirmək yəhudi milli təşkilatlarına həvalə edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Yəhudi Milli Şurasını onun sədri M.A.Quxman təmsil edirdi. Onun Parlamentdəki, xüsusilə aqrar komissiyadakı fəaliyyəti, əsasən, yəhudilərin mənafelərinin müdafiəsinə yönəlmişdi.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 438. ISBN 9952-417-44-4.