Yuzlecek Qizilgul - Wikipedia
Yüzləçək qızılgül (lat. Rosa centifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Yüzləçək qızılgül | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yüzləçək qızılgül |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəVətəni Persiya olub, İran, Morokko, Tunis, İtaliya, Fransa və Çində geniş yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 1-1,5 m-ə qədər olan koldur. Qopartikanları muxtəlifdir — möhkəm iri, oraqvarı əyilmiş, xırda, düz, qaidə hissəsi bir qədər enli formadadır. 5 ədəd yumurtavarı yarpaqları dərivarı olub, 5-7 sm-ə qədər uzunluqdadır. Üstdən çılpaq, altdan vəzili, kənarlı, ikiqat mişardişli, 2-2,5 sm uzunluğa və 1,5-2 sm enə malik yarpaqcıqlardan ibarətdir. Ləçəklər parlaq çəhrayıdır. Kasayarpaqcıqları uzunsovdur, lələkvarı yarıl-mışdır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləmə keçən ilki zoğların üzərində müşahidə edilir. Meyvəsi uzunsov və ya yumurtavarı, bir qədər iri və qırmızıdır.
Ekologiyası
redaktəİstiyə, soyuğa, quraqlığa davamlıdır. Münbit torpaqlarda bitir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
redaktəDekorativ bitkidir. Canlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə olunur.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 491.