Xurafat - Wikipedia
Xurafat ərəbcə huruf (hərflər) sözündən törəmədir və çox güman ki, hürufilik üsulları ilə məna çıxarmalarını bildirib. Ancaq sonradan mahiyyəti dəyişmişdir.
Xurafatı miflə də əlaqələndirmək olar. Belə ki, insanlıq uşaqlıq dövründə dünyaya mif vasitəsilə baxıb. Qədim Yunan filosofu Aristotel özünün Metafizika kitabında bir problemin fərqinə varıb heyrətə düşmək insana özünün biliksizliyini fərq etdirir deyərək aşağıdakı ifadələri bildirir;
"Bu səbəbdəndir ki, philo-mythos bir tərəfiylə də philo-sophosdur, çünki məhz miflər (xurafatlar) heyrət verici şeylərdən təşkil olunur."
Xurafat ilə əlaqədar filosof Dücanə Cündioğlunun aşağıdakı fikirləri mühüm əhəmiyyət kəsb edir.
"Bu gün xurafə-pərəstliyin dəyəri bilinmir, çünki xurafə-pərəstliyin bir imkan olaraq dərk olunması bir tərəfə dursun həqiqət-pərəstliyin tam əksi zənn edildiyindən həyatın bütün sahələrində xurafatlar qəhr olduqca həqiqətin özü də qəhr olub durur. Halbuki xurafatlar bizi təəccüb içində qoymasa, əfsanələrin və nağılların dünyası təxəyyülümüzü hərəkətə keçirməsə, elm və irfan vadisinə necə addım atacayıq?"