Xudayarli Turbeleri - Wikipedia
Dairəvi Xudayarlı türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Cəbrayıl |
Yerləşir | Xudayarlı |
Tikilmə tarixi | XVIII əsr |
İstinad nöm. | 4164 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Səkkizguşəli Xudayarlı türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Cəbrayıl |
Yerləşir | Xudayarlı |
Tikilmə tarixi | XVIII əsr |
İstinad nöm. | 4165 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Haqqında
redaktəXudayarlı türbələri – Cəbrayıl rayonu Xudayarlı kəndində yerləşən tarix-memarlıq abidələridir. Ümumilikdə kənd ərazisində bir-birinə yaxın yerləşən iki türbə dövrümüzə çatmışdır. Onlardan biri planda dairəvi, digəri isə səkkizguşəli formaya malikdir.
Memarlıq xüsusiyyətləri
redaktəÜmumilikdə kənd ərazisində bir-birinə yaxın yerləşən iki türbə dövrümüzə çatmışdır. Onlardan biri planda dairəvi, digəri isə səkkizguşəli formaya malikdir. Xudayarlı kəndində yerləşən türbələr yaxşı yonulmuş qumdaşından inşa edilmişdir. Bu türbələr aid olduqları dövrün memarlığında XIII–XIV əsrlərin türbə memarlığının necə təkrarlanmasını öyrənmək baxımından elmi maraq kəsb edirlər.[1] Ə. Salamzadə qeyd edir ki, Xudayarlı kəndindəki dairəvi türbədə Füzuli rayonunun Aşağı Veysəlli kəndində yerləşən Mirəli türbəsinin birbaşa memarlıq təsiri açıq şəkildə görünməkdədir.[2] Lakin, böyük həcm və ölçülü türbə üçün işlənmiş kompozisiya üsulunun kiçik türbəyə uyğunlaşdırılması zamanı Xudayarlı kəndindəki dairəvi türbə bədii inandırıcılığından məhrum olmuşdur.[1] Bir qədər aralıda yerləşən səkkizguşəli türbə də eyni xüsusiyyətlərin daşıyıcısıdır.[1] Bu türbənin inşası zamanı nümunə olaraq dövrümüzə çatmamış daha qədim bir türbə əsas götürülmüşdür.[1] Füzuli, Qubadlı, Cəbrayıl və ətrafdakı digər rayonlar ərazisində XIII–XIV əsrlərdə çoxlu sayda müxtəlif formalı daş türbələr inşa edilsə də, onların çox az bir qismi dövrümüzə çatmışdır. Kəngərli türbəsi, Yazı düzündəki türbələrin qalıqları, Xocalı kurqanı yaxınlığındakı türbə və sair abidələr Xudayarlı türbələri kimi daha sonrakı dövrdə inşa edilmiş xatirə əsərlərinin ayrı-ayrı motivləri və memarlıq xüsusiyyətlərinin mənşəyini özündə əks etdirir.[1]
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
- Саламзаде, А. В. "К датировке некоторых памятников Азербайджана". Изв. АН Азерб. ССР. № 5. 1952. (#accessdate_missing_url)
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Саламзаде, 1964. səh. 53
- ↑ Саламзаде, А. В. "К датировке некоторых памятников Азербайджана". Изв. АН Азерб. ССР. № 5. 1952. (#accessdate_missing_url)