Xudaferin Cebrayil - Wikipedia
Xudafərin və ya Stansiya Xudafərin — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.[1] Qəsəbə Xudafərin körpüləri və İran sərhədinə yaxın yerləşir.
Xudafərin | |
---|---|
39°09′01″ şm. e. 46°56′49″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1993-cü ildən 2020-ci ilin sonlarına qədər Xudafərin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur.
Tarixi
redaktəKəndin ilkin adı orada yaşayan dörd nəsildən biri olan Xudayarlı adlandırılmışdı. İkinci Dünya müharibəsi zamanı əhalinin bir hissəsi köçərək şərqdə Xələfli kəndini qurmuşdur. Kəndin qalan əhalisi Xudafərin körpüsünün yaxınlığında məskunlaşmağa başladığı üçün kənd Xudafərin adlandırılmışdır.[2]
Rusiya İmperiyası dövründə Xudayarlı kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd İranla sərhəddə yerləşir. Tarixi Xudafərin körpüsü bu kəndin ərazisində yerləşir. 1994-cü ilin yanvar ayında Azərbaycan ordusu bu kəndin ərazisinə qədər irəliləsə də, kəndi tutmaq mümkün olmayıb.[3][4][5]
18 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 30 oktyabr 2020-ci il tarixində "Xudafərin" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb. [6][7][8][9][10][11]
30 oktyabr 2020-ci il tarixində, Azərbaycan Müdafiə Nazirliyi Xudafərin kəndindən reportaj yayımladı.[12][13]
Coğrafiyası
redaktəKənd Araz çayının sol sahilində, təxminən 295 metr hündürlükdə yerləşir.
Əhalisi
redaktə"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Kovşutlu kənd dairəsinin Xudayarlı kəndində 27 ev var idi və burada 129 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı, onlar dini baxımdan şiə və kəndli idilər.[14]
1912-ci il Qafqaz Təqviminə görə, Qaryagin qəzasının Xudayarlı kəndində 157 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[15]
Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən 1933-cü ildə hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Kumlak kənd sovetliyinə daxil olan Xudayarlı kəndində 34 təsərrüfat və 253 sakin var idi. Kənd sovetliyinin əhalisinin 98.9%-i azərbaycanlılardan (mənbədə "türk" kimi göstərilmiş) ibarət idi.[16]
Görməli yerləri
redaktəXudafərin kəndi ilə Kumlak kəndi arasında orta əsrlərə aid Xudafərin körpüləri yerləşir. Çayın yuxarı axarında isə Xudafərin su anbarı mövcuddur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti (PDF) (az.). I. Baku: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0. 2021-02-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-05.
- ↑ Centre, UNESCO World Heritage. "Khudafarin Bridges and related sites". UNESCO World Heritage Centre (ingilis). 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
- ↑ Kazımoğlu, Mirmahmud. "Three years pass since liberation of Khudafarin Bridge". Report News Agency (ingilis). 2023-10-17. İstifadə tarixi: 2024-02-05.
- ↑ "Three years pass since Azerbaijan's liberation of Khudafarin bridge from Armenian occupation | Caliber.Az". caliber.az (ingilis). 2024-02-05. İstifadə tarixi: 2024-02-05.
- ↑ "Tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldı". ikisahil.az (az.). İstifadə tarixi: 2024-02-05.
- ↑ "Azerbaijani Armed Forces hoisted Azerbaijani flag over the ancient Khudafarin bridge". aztv.az. İstifadə tarixi: 2024-02-05.
- ↑ "Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı". www.medeniyyet.az (ingilis). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
- ↑ AzərTAc. "İşğaldan azad olunmuş sərhəd zastavaları üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır" (az.). AzərTAc. 30.10.2020. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
- ↑ "Three years pass since liberation of Khudafarin Bridge". Xalqqazeti.az (ingilis). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
- ↑ APA TV. "İşğaldan azad edilən 4 kənddə sərhəd zastavaları bərpa olundu" (az.). Youtube.com. 30.10.2020. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
- ↑ "A video coverage of the liberated from occupation Khudafarin village of Jabrayil region - VIDEO". MINISTRY OF DEFENSE OF THE REPUBLIC OF AZERBAIJAN (ingilis). 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
- ↑ "Azerbaijan shows footage of liberated Khudaferin village (VIDEO)". Trend.Az (ingilis). 2020-10-30. 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Tiflis. 1893. 237. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
- ↑ Kavkazskiy kalendar (rus). Tiflis: Канцелярия Кавказского Наместника. 1911. 218. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
- ↑ Административное деление АССР. Baku: Издание АзУНХУ. 1933. 25.