Xoltezekend - Wikipedia
Xoltəzəkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Xoltəzəkənd | |
---|---|
39°17′08″ şm. e. 48°52′19″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Neftçala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.065 nəfər |
Tarixi
redaktəXoltəzəkənd oyk, mur. Neftçala rayonunun Xolqarabucaq inzibati ərazi vahidində kənd. Salyan düzündədir. 1918-20-ci illərdə ətraf kəndlərdən köçüb gəlmış ailələr Xol adlanan sahədə məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi Xoltəzəkənd adlanmışdır. Oykonim "Xolda salınmış təzə kənd" mənasındadır.[1]
Əhalisi
redaktəİlk dəfə kənd əhalisi 1936-cı ildə məskunlaşıb. Əhalisi 1065 nəfər. 213 təsərrüfat mövcuddur.[mənbə göstərin]
İlk ailələr Xol Qaraqaşlı kəndindən gələrək kəndin ərazisi genişləndirilərək yaranıb.
Kəndin etnik tərkibi azərbaycanlılardır.
İqtisadiyyat
redaktəRayon mərkəzindən Xol Qaraqaşlı kəndinə qədər olan ərazi əvvəllər qırlı asfalt olsa da əsaslı təmir olmadığından yollar həddindən artıq dərəcədə bərbad vəziyyətdədir.
Mədəniyyət
redaktəRespublikanın hər bölgəsində olduğu kimi ənənəvi təhsil sistemindən interaktiv təlim sisteminə keçib.
İcmada təhsillə bağlı məktəbin təmirsiz olması, dərs keçmək üçün İkt avadanlıqlarının olmaması, bəzi metodik və əyani vəsaitin olmaması.
İstinadlar
redaktə- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Neftçala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |