Xeyirxah Filipp Burqundiya Hersoqu - Wikipedia
Xeyirxah Filipp (fr. Philippe le Bon; nid. Filips de Goede; 31 iyul 1396[1], Dijon, Burqundiya hersoqluğu[3] – 15 iyun 1467[1], Brügge[3]) — Burqundiya hersoqu.
Xeyirxah Filipp | |
---|---|
fr. Philippe III de Bourgogne | |
10 sentyabr 1419 – 15 iyun 1467 | |
Əvvəlki | Qorxusuz Con |
Sonrakı | Cəsur Karl |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 iyul 1396[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyun 1467[1] (70 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Atası | Qorxusuz Con (Burqundiya hersoqu)[2] |
Anası | Bavariyalı Marqarita (Burqundiya hersoqinası)[2] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Valua-Burqundiya sülaləsi |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə31 iyul 1396-cı ildə Dijonda doğuldu. Atası Burqundiya hersoqu Cəsur Filippin oğlu Qorxusuz Con, anası isə Bavariya hersoqu I Albertin qızı Bavariyalı Marqaritadır. Babası və onun ölümündən sonra Burqundiya hersoqu olan atası eyni soydan gəldikləri Fransa kralı VI Karlın səltənətində naib olaraq krallığı idarə edirdi. Ancaq o əsnada ailənin Orlean qolu ilə naiblik uğrunda mübarizə davam edirdi və bu mübarizədə güclənmək məqsədilə 28 yanvar 1405-ci ildə Fransa kralı VI Karlın qızı Mişellə nişanlandı və 1409-cu ilin iyununda hələ 13 yaşında ikən evləndirildi.
1419-cu ildə atasının sui-qəsdlə öldürülməsinin ardından Burqundiya hersoqluğuna gətirildi. Ancaq atasının Fransa kralının varisi dofen Karl tərəfindən öldürülməsi səbəbilə Fransa ilə münasibətləri pisləşdi. 1420-ci ildə İngiltərə kralı V Henriylə Fransa əleyhinə ittifaq qurdu və beləliklə, sonlanmaq üzrə olan Yüzillik müharibə yenidən alovlandı. Üstəlik, bacısı Annanı da 1423-cü ildə kralın qardaşı Bedford hersoqu Conla evləndirərək bu ittifaqı gücləndirdi. 23 may 1430-cu ildə Filippin orduları Kompeyn şəhərini işğal etdi və Janna Darkı əsir alaraq ingilislərə satdılar. Ancaq onun bu davranışı Fransadakı milliyyətçi fraksiyanın etirazlarına səbəb oldu. Bu səbəblə, 1435-ci ildə ingilislərlə ittifaqa zidd olmasına baxmayaraq Fransa kralı VII Karlla sülh bağladı və onun hakimiyyətini tanıdı. Ancaq onun fransızlarla olan sülhü çox çəkmədi və atasına qarşı ayaqlanan dofen Lüdoviki dəstəkləməyə başladı.
Ailəsi
redaktəİlk evliliyi 1409-cu ilin iyununda Fransa kralı VI Karlın qızı Mişellə baş tutdu. Bu nigahdan bir qızı doğuldu. Ancaq xanımı gənc yaşda vəfat etdi.
- Aqnessa, körpə ikən vəfat etdi.
İkinci evliliyi 30 noyabr 1424 -cü ildə mərhum əmisinin dul xanımı Artualı Bonna ilə baş tutsa da, bir il sonra xanımı vəfat etdi və bu nigahdan övladı olmadı.
Üçüncü evliliyi isə 7 yanvar 1430-cu ildə Portuqaliya kralı I Conun qızı İnfanta İzabella ilə baş tutdu. Bu nigahdan cütlüyün 3 oğlu doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çatdı.
- Antoni (1430-1432)
- Xose (1432-1432)
- Cəsur Karl, Burqundiya hersoqu (1433-1477)
Mənbə
redaktə- Blockmans, W.; Prevenier, W. [in Dutch] (1999). Edward Peters (ed.). The Promised Lands: The Low Countries Under Burgundian Rule, 1369–1530. Translated by Elizabeth Fackelman. University of Pennsylvania Press. ISBN 978-0-8122-1382-9
- Gillespie, Alexander (24 August 2017). The Causes of War, Volume 3: 1400 CE to 1650 CE. Hart Publishing. ISBN 978-1-84946-646-2
- Campbell, Lorne (1998). National Gallery Catalogues: The Fifteenth Century Netherlandish Schools. National Gallery company. ISBN 978-1-85709-171-7
- Vaughan, Richard (2004). Philip the Good: The Apogee of Burgundy. Boydell Press. ISBN 978-0-85115-917-1
İstinadlar
redaktə- ↑ 1 2 3 4 RKDartists (nid.).
- ↑ 1 2 3 4 5 6 7 8 9 Kindred Britain.
- ↑ 1 2 3 4 Филипп III Добрый // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.