Xeder - Wikipedia
Xeder (idiş חדר xeder — ibtidai yəhudi məktəbi; ivr. חֶדֶר — otaq) — yəhudi dini ibtidai məktəbi.
Tarixi
redaktəXeder adı ilk dəfə XIII əsrdə işlədilmişdir. Sonradan bu növ məktəblər Aşkenazi yəhudiləri arasında geniş yayılmışdır. XVII əsrin birinci yarısında Belarusiya və Polşada xederin fəaliyyəti N.Hanoverin "İven Metzula" ("Dərin alt") kitabında təsvir edilmişdir. O, illərdə qurulan sistem Rusiya imperiyası daxilində və Avstriya-Macarıstanın bəzi bölgələrində Birinci Dünya müharibəsinə qədər qorunub saxlanılmışdır.
Təlim sistemi
redaktəTalmud-tora məktəblərində olduğu kimi, xederdədə yalnız oğlanlar təhsil alırdı. Bununla belə, əgər talmud-tora valideynləri təhsil haqqını ödəyə bilmədiyi üçün kasıb uşaqlara dəstək olmaq üçün yaradılmışdısa, xederdə təhsil pullu idi. Burada müəllim (melamed) keçdiyi dərs müqabilində valideynlərindən ödəniş alırdı (belə bir haqqı almaq üçün, alaha nüfuzlu şəxslərinin qanuni tövsiyələri tələb olunurdu, çünki iman qanunlarının öyrədilməsi mitsva şəklində, yəni pulsuz həyata keçirilməli olduğuna inanılırdı).
Təhsil adətən müəllimlərin evinin otaqlarından birində aparılırdı. Ancaq icma təhsil prosesinə nəzarət edirdi və melamedin şəxsi təşəbbüslərinə müəyyən qaydalar və məhdudiyyətlər qoyurdu. Krakov məktəb nizamnaməsinə (1511) görə 40-dan çox şagird eyni vaxtda məktəbdə təhsil ala bilməzdi. Müəllimin xüsusi köməkçiləri ola bilərdi (idiş beferz, tək rəqəm belfer). Ancaq təcrübədə müəllimin iş yükü həddən artıq ağır idi; bir sinifdə üç yaş qrupunun şagirdləri eyni vaxtda təhsil ala bilirdilər. Kiçiklərin qrupunda (dardikdə, üç yaşından) şagirdlərə əlifba və tərcümə olunmadan yəhudi mətnlərini oxuyurdular. Növbəti qruplarda (beş yaşından) Raşinin Tanaxın ilk beş müqəddəs haqqında şərhləri və Talmud haqqında ibtidai məlumatlar alırdılar. Böyük siniflər (səkkiz yaşdan) Talmudu daha dərindən öyrənirdilər.
Xederdə dünyəvi mövzular tədris edilmirdi. Dərslər səhər tezdən axşam yeddi-səkkizə qədər davam edirdi. Dəcəl şagirdlərə bədən cəzası tətbiq edilirdi, bunun üçün xüsusi bir qamçı vardı. Hesab olunurdu ki, müəllimlik xüsusi bilik tələb etmir və müəllimin əməyi yüksək qiymətləndirilmirdi. Xederi bitirdikdən sonra gənc ravvinin və ya cəmiyyətin təhsilli üzvlərinin rəhbərliyi altında Talmudu sinaqoq məktəbində (beyt midraş) oxumağa davam edə bilərdi, və yaxud yeşivaya (yəhudi dini ali məktəbi) daxil olmaq hüququnq malik idi. Lakin bu məktəbi bitirənlərin əhəmiyyətli bir hissəsinin təhsili elə bu pillədə məhdudlaşırdı.
Müasir dövr
redaktəHaskala dövründən bəri Xeder dünyəvi təhsil alanlar tərəfindən sərt tənqid olunurdu. Haskala (maskilim) tərəfdarları ibtidai tədris metodologiyasından xüsusilə qəzəblənirdilər. Mövcud təhsil sisteminə nifrət İ.B.Levinson, İ.L.Qordon,P.Smolenskin və başqalarının əsərlərində səslənirdi. Ancaq Rusiya imperiyasında yalnız XIX əsrin sonlarında fələstinofiliya və sonralar sionizmin ideologiyasına əsaslanan Heder islahatına (sözdə Xeder Metukkan) cəhd edildi. İslahata uğramış xederlər geniş otaqlarda yerləşdirildi, burada şagidlərə yəhudi xalqının tarixi, Eretz-İsrailin coğrafiyası və İvrit qrammatikası öyrədilirdi. Ortadoksal dini dairələrin, assimiliyatorların və hakimiyyətlərin şiddətli müqavimətinə baxmayaraq, Xeder Metukkan sisteminin məktəbləri yeni bir yəhudi təhsil sisteminin formalaşmasına cidd təsir göstərdilər.
Ədəbiyyat
redaktə- Краткая еврейская энциклопедия, Изд. О-ва по исследованию еврейских общин. Иерусалим: 1976—2005.