Xarici Isler Nazirliyi Qeter - Wikipedia
Xarici_İşlər_Nazirliyi_(Qətər) - Haqqında Məlumat
Xarici İşlər Nazirliyi (ərəb. وزارة الخارجية) Qətərin xarici əlaqələri, diplomatik səyləri, o cümlədən dünya üzrə əlaqələrinin saxlanması üçün cavabdeh olan nazirlikdir.
Xarici İşlər Nazirliyi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Qətər |
Yaradılma tarixi | 1971 |
Baş qərargah | |
Rəhbərlik | |
Nazir | Şeyx Mohammed bin Abdulrahman Al Thani |
Rəsmi saytı | mofa.gov.qa/en/home |
Tarixi
redaktəQətər I Dünya Müharibəsinin sonuna qədər Osmanlı İmperatorluğunun bir hissəsi idi və bu zaman Britaniya hakimiyyəti altında protektorata çevrildi. 1971-ci ildə Böyük Britaniyadan tam müstəqillik əldə etdikdən sonra Qətər hökuməti müstəqil Xarici İşlər Nazirliyi yaratdı.[1]
Nazirlər
redaktə- 1971–1972: Şeyx Xəlifə bin Həməd Al Tani
- 1972–1985: Şeyx Suhaim bin Hamad Al Thani
- 1985–1989: Şeyx Əhməd bin Saif Al Tani
- 1989–1990: Abdullah bin Xəlifə əl-Atiyyə
- 1990–1992: Mübarək Əli əl-Xatər
- 1992–2013: Şeyx Həməd bin Casim bin Cabir Al Tani
- 2013–2016: Xalid bin Məhəmməd Əl Attiyah
- 2016-indiki: Şeyx Mohammed bin Abdulrahman Al Thani
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Qətər Xarici İşlər Nazirliyin tarixi haqqında". www.mofa.gov.qa. 2024-02-22 tarixində arxivləşdirilib.