Xarari Xalq - Wikipedia
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar.
Dil
redaktəHararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər.
Həyat tərzi
redaktəHararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir. Ziyalıların əksəriyyəti müxtəlif xidmət sahələrində çalışırlar.
Nikah və cinslər arasında münasibətlər
redaktəHararilər arasında nikahın 3 forması (kilsə nikahı, vətəndaş nikahı və ənənəvi nikah) geniş yayılmışdır. Kilsə nikahı daha möhkəm hesab olunur. Evlilər arasında nikah münasibətləri onlardan birinin ölümü ilə başa çatmır, təkrar nikaha daxil olmaq üçün mütləq kilsə xadimindən xüsusi icazə almalıdır. Kilsə nikahı bağlayanlar arasında boşanma hallarına nadir hallarda təsadüf olunur. Vətəndaş nikahı əsasında ailə quranların əksəriyyəti bu nikahın möhkəmliyinə inanırlar. Vətəndaş nikahı hararilər arasında geniş yayılmışdır. Ənənəvi nikah hər ay qadına müəyyən haqq ödənilmək şərtilə müəyyən müddətə bağlanır. Bunun üçün kilsənin mühasibəti tələb olunmur və tərəflər bir-birləri qarşısında heç bir öhdəlik götürmürlər. Gündəlik ailə həyatında ev təsərrüfatının idarə olunması vəzifəsi qadının üzərinə düşür. Nikahın formasından asılı olmayaraq ailədə kişi qadından üstün mövqeyə malikdir.
Mənbə
redaktə- Gibb C. Rev.:Deterritorialized People in Hyperspace: Creating and Debating Harari Identity over the Internet. Anthropologica Vol. 44, No. 1, 2002. pp. 55–67.
- Коровиков В. И. Эфиопия. М., 1981.
- Маршак М. А. Харари. Народы и религии мира. Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1999.