Xanko Yarimadasi - Wikipedia
Xanko yarımadası (fin Hankoniemi, Хаӈкониэми, isv. Hangö udd) — Fin körfəzinin şimal sahillərində, Finlandiyanın cənub-qərbində yerləşən yarımada. Yarımada Finlandiyanın ən ucqar cənub nöqtəsini təşkil edir (materik hissəsinin).
Xanko yarımadası | |
---|---|
Yerləşməsi | |
59°50′00″ şm. e. 23°05′00″ ş. u.HGYO | |
Akvatoriya | Fin körfəzi |
Ölkə | Finlandiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Torpaq örtüyü əsasən qumluqlardan ibarətdir. Yarımadanın sahilləri qumlu çimərliklərlə örtülüdür. Üstəlik ətrafında arxipelaq yerləşir. İnzibati cəhətdən Uusimaa vilayəti ərazisinə daxildir. Yarımadanın cənub hissəsində Xanko şəhəri yerləşir. 1940-cı ilin martında Qış müharibəsi sonucu olaraq SSRİ yarımadanın cənub hissəsini 30 illiyinə icarəyə götürür. Ancaq onlar burada 1941-ci ilin dekabrına qədər qala bilirlər.
19 sentyabr 1944 ildə Finlandiya tərəfdən hərbi əməliyyatların dayandırılması ilə SSRİ və Finlandiya ilə sülh anlaşması imzalanır. 1940-cı ildə imzananmış müqavilənin bütün şərtləri bərpa edilir. Ancaq SSRİ tərəfindən yarımadaya olan bütün hüquqlar dondurulur. Əvəzində isə SSRİ Porkkala yarımadasını 50 illiyinə icarəyə götürür.
Mənbə
redaktə- Xanko Arxivləşdirilib 2010-07-23 at the Wayback Machine