Xanaga Dagi - Wikipedia
Xanağa dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1916,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən qərbə uzanan Qılıncyurd şaxəsinin cənub-qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Əlincəçayın sol sahilində, eyniadlı kənddən 2 km şərqdə zirvə. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi massivin ən yüksək nöqtəsi olan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi hissəsinə aid Xanəqah antiklinalının maqmatık kütlə ilə yarılmış tağ hissəsində yerləşir. Cənub- və şimal-şərq yamaclarında fay-yerdəyişmə qırılma pozulmaları izlənilir.[1]
Xanağa dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1916,7 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
XANƏGAH DAĞI – Culfa rayonu ərazisində Xanağa dağının (hünd. 1916,7 m) yerli əhali tərəfindən işlədilən başqa adı.
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.