Xalqlar Dostlugu Muzeyi - Wikipedia
Xalqlar_Dostluğu_Muzeyi - Haqqında Məlumat
Xalqlar Dostluğu Muzeyi — Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi yaradılmış.
Xalqlar Dostluğu Muzeyi | |
---|---|
Əsası qoyulub | 1987 |
Mövzu | Tarix |
Yerləşir | Zəngilan rayonu Yuxarı Yeməzli kəndi |
Kolleksiyası | 200 eksponat |
Muzeyin tarixi
redaktəXalqlar Dostluğu Muzeyi 1987-ci ildə Zəngilan rayonu Yuxarı Yeməzli kəndində fəaliyyətə başlamışdır. Muzeyi Yuxarı Yeməzli kəndində sovxozun idarə binasının 10–15 metrliyində yerləşirdi.[1]
Muzey eksponatları
redaktəMuzeydə 200 yaxın ekponat sərgilənirdi. Xalqlar dostluğunu simvolizə edən foto-şəkillər, Süsəndağında olan mağaradan tapılmış daş muncuqlar saxlanılırdı. Bu muncuqların bəzisi kobud şəkildə yumru, bəziləri isə cilalanmışdı. Xalqlar Dostluğu muzeyində müxtəlif növ xalçalar, kilimlər, palazlar, mis, gümüş qablar, xurcunlar, gümüş xəncərlər və digər eksponatlar qorunub saxlanılırdı.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Qarabağ muzeyləri". 1905.az. 25.07.2014. Archived from the original on 2022-01-16.