Xalid Elimirzeyev - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əlimirzəyev Xalid Əlimirzə oğlu (1932, Qəmərvan, Qutqaşen rayonu – 30 yanvar 2016, Bakı) — filologiya elmlər doktoru, professor.
Xalid Əlimirzəyev | |
---|---|
27 oktyabr 1992[1] – 1993 | |
Nazir | Firudin Cəlilov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 30 yanvar 2016 |
Vəfat yeri | |
Partiya |
|
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | filologiya |
Həyatı
redaktəXalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur.
1964-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.1992–1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
Xalid Əlimirzəyev 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getmişdir.
15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir.
"Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" kitabı çapdan çıxıb.
30 yanvar 2016-cı ildə vəfat etmiş, Qəbələ rayon Qəmərvan kəndində dəfn edilmişdir.[2]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "X. Ə. Əlimirzəyev haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- ↑ http://news.milli.az/society/402922.html BDU-nun professoru vəfat etdi