Xakaslar - Wikipedia
Xakaslar - türk xalqlarından biri. Xakaslar türk boyu olub Cənub-Şərqi Sibirdə yaşayırlar. Onlar Rusiya Federasiyasının Krasnoyarsk şəhərinin Xakas Muxtar Vilayətinin məskunudurlar. Xakaslar Abakan Türkləri, Yenisey Qırğızları, Minusinsk Tatarları və ya Abakan Tatarları kimi fərqli adlarla adlandırılmışdılar.
Xakaslar | |
---|---|
Cəmi say | 90 000 |
Əhəmiyyətli sayda yaşadığı bölgələr |
|
Dil | Xakas dili |
Din | Şaman |
Yaxın etnik qruplar | Türkdilli xalqlar |
Əhalisi
redaktəXakas əhalisi 1939-cu il əhalinin siyahıya alınmasına görə 52.000 nəfəridi. 1959-cu ildə 56,600 nəfərlik əhalinin 40,000-i xakaslar idi. Ölkədə xakaslardan başqa ruslar, ukraynalılar və tatarlar da yaşayır. Əlbəttə ki, xakasların Xakas muxtariyyətinin xaricində, Krasnoyarsk və Tuvadada yaşadıqlarını qeyd etmək lazımdır. 1989-cu ildə Xakas dilində danışanların ümumi sayı 81.428 nəfər idi.
İdarə etmə forması
redaktəAbakan qəbilələri "yasaul (qadağan / yasavul)" adlı, bir köməkçisi olan şəxs tərəfindən idarə edilirlər. Prezidentlər seçki yolu ilə gəlirlər. Hüquqi problemlər məhkəmə tərəfindən "bozkır qanunları" na uyğun olaraq həll edilir. Bu məhkəmənin qərarları Çar Rusiyası tərəfindən də qanuni sayılır. "Çayzan" anlayışı (monqolca Zaysan sözündəndir) cəmiyyətdə status müəyyənləşdiricisi kimi də istifadə edilmişdir.
Tarixi
redaktəXakasların iki min ili aşan tarixləri onların bir qırğız qrupu olduğunu göstərməkdədir. Tədqiqatçılara görə xakaslar qədimdə mənşəcə Yenisey qırğızlarının tərkibində olmuşlar.
Tanrı Dağı Qırğızlarının dünya tərəfindən məşhur böyük dastanları Manas da bu tarixi hadisədən bəhs etməkdədir. Manas Dastanının izah etdiyinə görə Tanrı Dağı Qırğızları Yenisey bölgəsindən bugünkü vətənlərinə Manas Xan başçılığında köç etmişlər. 9. əsr Çin qaynaqları Qırğızlar dan "Heges" və ya "KieKiaSe" adıyla bəhs etməkdədir. Sonrakı illərdə Tanrı Dağı Qırğız boylarının müsəlmanlaşması və yaşadıqları bölgələr arasındakı məsafənin uzaq olması səbəbiylə Yenisey Qırğızlarının ayrı bir şəxsiyyət mənimsəməsini və Xakas adını qəbul etmələri nəticəsini doğurmuşdur. Lakin xakasların etnogenezisində uyğur və oğuz tayfaları da iştirak etmişlər.
Xakasların ulu əcdadlarının tayfa ittifaqı XIII əsrdə monqollar tərəfindən dağıdıldı və bununla da onların dövlət qurumu yaranmadı. Sonrakı əsrlərdə onlar Sibir xanlığının tərkibində olmuşlar. XVII əsrdə xakasların feodal knyazlıqları yaransa da, rusların Sibiri işğalı ilə bu knyazlıq da uzun müddət möhkəmlənə bilməyib, ləğv edildi.
Şərqi Sibirin cənubunda yaşayan xakaslar rus mənbələrində XVIII əsrdən sonra məlumudur. XVIII-XIX əsrlərdə ruslar onları "Abakan tatarları" adlandırmışlar. Ruslar xakasların ərazisini işğal etdikdə onlar 5 tayfa birləşməsindən ibarət idilər: saqay, kaçin, qızıl, şor, kaybal və belt.
Xakaslar 1800-cü illərdə Rusiya imperiyasına qatılmış, 1930-cu ildə avtonom bölgə statusu alımışlalar. Xakaslar köhnə şamanizm inancına sahibdirlər.
Abakan boyları
redaktəDil
redaktəXakas dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur.
İstinadlar
redaktə- ↑ "www.perepis2002.ru". 2007-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.
- ↑ "unstats.un.org : 26.02.1999 census of Kazakhstan Republic". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.
- ↑ "unstats.un.org : 24.03.1999 census of Kyrgyzstan Republic". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.