Xabez Rayonu - Wikipedia
Xabez (abq. Хӏабаз район, kab.-çərk. Хьэбэз район / Хьэбэз куей, qaraç.-balk. Хабез район, noq. Хабез район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Xabez auludur.
Xabez rayonu | |
---|---|
44°02′ şm. e. 41°46′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Xabez |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87873 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəXabez rayonu Qaraçay-Çərkəz Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimalda Adıge-Xabl və Noqay rayonları, şərqdə Abazin və Prikuban rayonları, cənub-şərqdə Ust-Cequtinski rayonu, cənub və cənub-qərbdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Otradnenski rayonu.
Zonalıq üzrə rayon şimaldan cənuba 2 zonaya bölünür: dağətəyi və dağlıq. Rayonda yüksəklik dəniz səviyyəsindən 500 ilə 1600 metr arasında dəyişir.
Rayondakı hidroqrafik şəbəkə əsasən çoxlu sayda qolu olan Bolşoy Zelençuk və Malı Zelençuk çaylarının alt hövzələri ilə təmsil olunur.
Rayonun ümumi sahəsi 528.53 km²-dir (2013-cü ildən bəri).
Tarixi
redaktə1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençukskaya aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu)
12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır[2]:
- Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur;
- Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin;
- Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikubanski və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin.
1997-ci ildə rayonda 10 inzibati vahid qurulur[3][4]. 2004-cü ildə rayon ərazisində kənd yaşayış məntəqəsi statusuna malik 12 bələdiyyə təşkil olunur[5].
2006-cı ildə İnjiç-Çukun və Elburqan kəndləri yeni təşkil olunan Abazin rayonuna verildi.
Əhali
redaktə- Milli tərkib
Xalq | 2010[6] | 2002[7] |
---|---|---|
Çərkəzlər | 28 877 (95,1 %) |
25 936 (81,3 %) |
noqaylar | 622 (2,0 %) |
676 (2,1 %) |
abazinlər | 372 (1,2 %) |
4 478 (14,0 %) |
ruslar | 174 (0,6 %) |
371 (1,2 %) |
qaraçaylılar | 78 (0,3 %) |
109 (0,3 %) |
digərləri | 233 (0,8 %) |
315 (1,0 %) |
ümumi | 30 356 (100,0 %) |
31 885 (100,0 %) |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[8]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 3 282 | 3 153 | 6 435 | 21,20 % |
15 — 59 yaşлет | 9 667 | 10 292 | 19 959 | 65,75 % |
60 yaşdan yuxarı | 1 552 | 2 410 | 3 962 | 13,05 % |
ümumi | 14 501 | 15 855 | 30 356 | 100,0 % |
Kişilər — 14 501 nəf. (47,8 %). Qadınlar — 15 855 nəf. (52,2 %).
Əhalinin orta yaşı — 34,4 yaş. Kişilərin orta yaşı — 33,2 yaş. Qadınların orta yaşı — 35,5 yaş.
İnfrastruktur
redaktə2000-ci illərdə rayondakı bir sıra yaşayış məntəqələri qazlaşdırıldı. Bəzi kəndlərdə məktəb, uşaq bağçası və digər sosial obyektlər açıldı. Xabez kəndində «Adiyuh-Palace» otel-sağlamlıq kompleksi fəaliyyət göstərir. Ayrıca rayonda bəzi mənbələrə görə, beynəlxalq nüvə sınağı izləmə sistemi üçün bir stansiya da vardır[9].
İstinadlar
redaktə- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Об изменениях в административно-территориальном делении Ставропольского края". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
- ↑ "Постановление Народного Собрания (Парламента) Карачаево-Черкесской Республики № 287-XXII от 26 июня 1997 года «Об образовании муниципальных образований и назначении даты проведения выборов в органы местного самоуправления и должностных лиц местного самоуправления»". 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
- ↑ "Закон Карачаево-Черкесской Республики № 444-XXII от 14 июля 1998 года «О муниципальных образованиях в Карачаево-Черкесской Республике»". 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
- ↑ "Закон Карачаево-Черкесской Республики № 48-РЗ от 16 декабря 2004 года «Об установлении границ муниципальных образований на территории Хабезского района и наделении их соответствующим статусом»". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
- ↑ "Том 3. Национальный состав и владение языками, гражданство". 2017-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
- ↑ Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- ↑ "Достопримечательности аула Хабез // Коммерсантъ Власть, 17.12.2007, № 49. С. 33". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.