Xezer Kilkesi - Wikipedia
Xəzər kilkəsi (lat. Clupeonella caspia) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə daxil olan sənaye əhəmiyyətli dəniz balığı. Əvvəllər Qaradəniz kilkəsinin yarımnövü hesab edilirdi[1]. Son təsnifat zamanı bu balığın müstəqil bir növ olması təstiqlənmişdir. Xəzər kilkəsi ancaq Xəzər dənizində yaşayır. Balıqların maksimal uzunluğu 15 sm təşkil edir. İqtisadi əhəmiyyətli sənaye balığıdır.
Xəzər kilkəsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Koqorta: Dəstəüstü: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: Cins: ???: Xəzər kilkəsi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Arealı
redaktəXəzər kilkəsinin bütün sakit sularında müşahisə etmək mümkündür. Bircə Qaraboğazgöl körfəzi istisnadır. Onlara Volqa, Ural və Terek çaylarının mənsəblərində belə müşahidə etmək mümkündür. Onlar Volqa çayı ilə hərəkət edərək Simlyansk su anbarı, Kuybişev su anbarı, Botkin su anbarı, Kama su anbarı, Qorkov su anbarı, Rıbin su anbarı və Uçliç su anbarları kimi anbarlarına belə yayılmışdır. Bu balıqlar sürü halında soran sularda yaşayır. Əsasən suyun səhtinə yaxın ərazilərdə yaşayır. Suyun 1-5 metrdən tutmuş 60 metrə qədər ərazilərdə müşahidə edilirlər. Bir necə lokal dəstəyə dahibdir.
Təsviri
redaktəXəzər kilkəsinin uzunluğu 15 sm təşkil edir. Böyürlərdən sıxılmış bədənə sahibdir. Bədənində 26-30 cərgə pulcuq vardır. Başı uzun və genişdir. Bel üzgəcində 14—16 pulcuq olur. Quyruq üzgəcləri bir qayda olaraq tünd rəngdədir.
Biologiya
redaktəKilklər 1 yaşında yetkinləşirlər. Bu zaman onların uzunluqları 5,4—6,8 sm təşkil edir. Orta ömür müddəti 6 ildir. Cənubi Xəzərdə daha tez inkişaf edirlər. Aprel-may aylarında kürü verirlər. Kürü 20—30 metr dərinlikdə qoyulur. Dişi 8 °C temperaturda kürü qoya bilir. Aktiv kürü vermə 12—21 °C-də baş versə də, 25—28 °С temperaturda dayanır. Kürü 1 mm olub, parlaq-bənövşəyidir. Kürünün inkişafı 8—10 °С-də 92 saat, 14,5 °С-də 72 s, 21,5—24,6 °С-də 35 saat təşkil edir. Kürüdən çıxarkən uzunluğu 1,5—1,6 mm təşkil edir. Xəzər kilkəsinin maksimal uzunluğu Xəzər dənizinin Türkmənistan sularında 15 sm olaraq müşahidə edilir. Dişilər bir qayda olaraq erkəklərdən iri olur. Xəzər kilkəsi əsasən planktonlarla (Copepoda, Cladocera, Rotatorilər və İkitaylılar) qidalanır. Onlarla isə sıf, siyənək (Dolgin siyənəyi, Qarabel siyənək), Ağ balıq, Naqqa balığı, Stenodus leucichthys və Xəzər suitisi qidalanır.
Xəzər kilkəsi Xəzər dənizinin şimalında qışlayır. Mart-aprel ayları isə sahilə miqradiya edir. Mayın sonları miqrasiyanı bitirərək Şimali Xəzərdən Orta Xəzərə dönür. Yayı və payızı Orta Xəzərin şimal hissəsində 10-50 metr arası sularda yaşayır. Günün işıqlı zamanları nisbətən dərinliklərə yönəlir.
İnsan üçün əhəmiyyəti
redaktəSənaye əhəmiyyətli balıq növüdür. Ətinin yağlığı 4,5 - 15 % arasında dəyişir. Yay və payız ayları sayları artır. Onların qida üçün Ançousabənzər kilkə və İrigöz kilkədən üstün hesab edilir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi Xəzər kilkəsini Mühafizə statusu olan növ olaraq qiymətləndirmişdir.
İstinadlar
redaktə- ↑ C. cultriventris (Nordmann,1840) — черноморско-каспийская тюлька Arxivləşdirilib 2014-09-12 at the Wayback Machine Позвоночные животные России. sevin.ru